Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Aralıq dənizində də, Qarabağda da sıxışdırılır...

Türkiyədənin Suriyadakı addımları Aralıq dənizindəki mövqeyi və Qafqazdakı hərəkətliliyi hər kəsi narahat edir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 16 oktyabr 2020-ci il

Dünyada hazırda ABŞ-la Çin arasında bir rəqabət və mübarizə getdiyi hər kəsə məlumdur. Lakin pərdə arxasında bunun nə qədər real və əzici olduğunu bilmirik. Çünki dünyanın ABŞ-Sovet balansını başa düşməsi 50 il çəkdi. Hətta çoxları hələ də başa düşmür.

Kağız üzərində böyük bir çəkişmə var. Üstəlik, bu, əvvəlkilərə də bənzəmir. Çünki bu günki proses teknoloji və rəqəmsal inqilabla qarışıq bir vəziyyətdir. İki böyük müharibənin edə bilmədiyi dəyişiklik bizi gözləyir. Pul, ölkələr, enerji, mədənlər, şəhər tıxacları, dənizlər, ordular və kosmos da bölüşdürüləcək.

Türkiyə də bu hesabın ortasındadır. Çin ABŞ-ın etdiyini etmir. Gülərüzlə gəlir və yalnız iqtisadi cəhətdən qapını döyür. Bir ortaqlıq təklif edərək “gəlin birlikdə qazanaq” deyir. Beləliklə, Çin bir əli ilə İsrail, digər əli ilə də İranla iş görə bilir. Rejimlər, siyasi kadrlar və liderlərlə vaxt itirmir, jandarmlıq etmir. Yalnız iş və qazanc üzərindən irəliləyir.

Vəziyyət belə olduqda da bütün dünyanı nəzarətdə saxlamağa çalışan Amerika Birləşmiş Ştatları həm öz yükünü, həm də məsuliyyətini artırmış olur. Çin isə siyasi mühəndisliklə məşğul olmadığı üçün az büdcə ilə bir çox yerə girə bilir.

Pekin rəhbərliyinin Yaxın Şərqdə ticarət etmədiyi bir ölkə varmı? İran, İsrail və Səudiyyə Ərəbistanı onun tərəfdaşdır. ABŞ rəqabət etdiyi Çini mühasirəyə almaq və məhdudlaşdırmaq üçün iqtisadi texnologiyaya təzyiq göstərir. Bunu edərkən təbii olaraq tərəfdaşlarını da təyin edir.

Mayın əvvəlini xatırlayaq. İsrailin təxminən 1,5 milyard dollara başa gələcək dəniz suyu təmizləyici qurğusunun yaradılması üçün qurulan tenderdə son iki şirkətdən biri Çinin “Hutchison Water International” şirkəti olub. Bundan xəbəri olan Pompeo pandemiyada rəsmi səfərlər edilmədiyi halda, özünü Təl-Əvivə çatdırmışdı. İsrailə “Çin şirkətinə heç nə verməyəcəksiniz”, deyib. Buna etiraz edənlər olsa da, o, dediklərini etdirdi. İsrail üzərində böyük təsiri olan səfir Du Vey də bundan sonra həyatını itirdi.

Çinli şirkət bu təmizlənmə işini götürsəydi, oranın 25 illik sahibi olacaqdı. Bununla birlikdə, ABŞ-ın 6-cı donanması Hayfa limanından tez-tez istifadə edirdi. Çin təmizlənmə şirkəti vasitəsi ilə ABŞ donanmasına da güdükləyəcəkdi. Lakin səfir Du Veyin ölümü ilə ABŞ üçün təhlükə bitdi.

Onsuz da daha əvvəlABŞ-la İsrail arasında investisiyakarla bağlı araşdırma şurası qurulmuşdu. Bu şura İsraildə ABŞ-ın istəmədiyi bütün investisiyalara qarşı çıxırdı. Həmin şuranın fəaliyyəti 5G-yə də aiddir. “Huawei” də həmin şura tərəfindən kənarlaşdırılıb.

Bu, əvvəl də belə idi. Məsələn, 1999-cu ildə İsrail və Çin “Phalcon” erkən xəbərdarlıq təyyarələri barədə razılığa gəlmişdilər. Çin bunun üçün ilkin ödəniş də etmişdi. Ancaq Pentaqonun araya girməsi ilə razılaşma boşa getmişdi. Eyni vəziyyət “Harpy”lərdə də olub. Pulu verilmiş olsa da, anbarda ələ keçirildi.

Təhlükəsizlik əlaqələrindən çox, iqtisadi əlaqələrə diqqət verməyə davam edən Çin, yenə də Yaxın Şərqin əsas xətlərindən kənarında qalır. Nə İsrail-Fələstin münaqişəsi, nə də İsrail ilə İran arasındakı gərginlik onları bağladı. Çin hər kəslə iqtisadi-diplomatik əlaqələr qurarkən, təhlükəsizlik problemləri yalnız ABŞ-a qalırdı. Bu da mübarizənin rəngini və intensivliyini dəyişdirdi.

Türkiyədənin vəziyyəti, Suriyadakı addımları Aralıq dənizindəki mövqeyi və Qafqazdakı hərəkətliliyi hər kəsi narahat edir. Reaksiya verənlərə baxdıqda vəziyyət daha da maraqlı olur. Oktyabrın əvvəlində BMT-də uyğur böhranı müzakirə edildi. ABŞ-ın israrla böyütdüyü məsələ 39 Qərb ölkəsi tərəfindən dəstəkləndi.
İngiltərə-Almaniya-Avstraliya-Avstriya-Finlandiya-İrlandiya-İtaliya-Fransa kimi ölkələri də əhatə edən Blok Çinə xəbərdarlıq etdi.

“Huawei” və 5G texnologiyasını nəzərə alaraq ABŞ-ın kritik ölkələrdəki təzyiqi davam edir. Vaşinqton Pekinin qazanmasına mane olmaq üçün hər yola baş vurur..

ABŞ təhlükəsizlik məsələlərində uzaq duraraq böyüyən Çini iqtisadi itkilərlə dayandırmağa çalışır. Qəribədir ki, Uyğur İttifaqının bir bənzərini Aralıq dənizi-Suriya-Ermənistan-Azərbaycan müharibəsində də görürük.

Avropa Birliyi dünən toplanıb və Türkiyə ilə bağlı qərar verdi. Beləliklə, kimin nə olduğu bəlli oldu. Çünki bəzən yazmaq kifayət deyil. Fransa və Almaniya Türkiyəni Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə görə “Avropa Birliyini provokasiya etməyə davam etməkdə” günahlandırıb.
İki ölkə Türkiyəyə Şərqi Aralıq dənizi məsələsində münasibətini aydınlaşdırmaq üçün bir həftə vaxt verib.

Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian deyir:

“Bizim fikrimizcə, Türkiyənin provokativ fəaliyyətlərlə məşğul olduğu çox açıqdır. Bu qəbuledilməzdir. Şərqi Aralıq dənizində top artıq Ankaradadır. Türkiyə dialoq yolunu seçməsə, Avropa Birliyi güc nisbətini dəyişdirməyə hazırdır”.

Qarabağ məsələsini də unutmayan fransızlar: “Bölgədə hərbi bir zəfər olmayacaq. Atəşkəs tətbiq olunmalıdır. Bu gün atəşkəsə hörmət barədə çağırış etməyən yeganə ölkənin Türkiyə olduğunu görürük”, çıxışı ilə Türkiyənin əslində kimlərlə mübarizə apardığını ortaya qoyub.

İki gündür yazdığım Almaniyanın xarici işlər naziri Hayko Maas da geri çəkilməyərək: “Oruç Rəisin yenidən Şərqi Aralıq dənizinə göndərilməsi qəbuledilməzdir”, deyib.

Türkiyə ən uzun sərhədi olmasına baxmayaraq, Aralıq dənizindən və qardaşlarının köməyinə gəldiyi üçün Azərbaycandan kənarlaşdırılır. Bir az güc və bayraq göstərən kimi hamısı üzərinə gəlmək istəyir. Razılaşma dedikdə Türkiyənin öz hüquqlarından imtina etməsini nəzərdə tuturlar. Bu olmayanda da təzyiqlər güclənməyə davam edir.

ABŞ digər tərəfdə İsraili Çindən uzaq tutmağa və Yaxın Şərqi İsrailə uyğun hala gətirməyə çalışır. Həmçinin İsrail qazının Avropaya çatması üçün də böyük koalisiya qurulur. Türkiyə isə öz hüquqlarını qorumaq istədiyi üçün hədəfə qoyulur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Çin Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar