Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komandir dedi ki, birinci Aygünü vurun” – Aygün Kazımova  

"Hazırda tək sənət adamları yox, hər bir azərbaycanlı orduya yazılmağa can atır. Biz internetdə görürük ki, Ermənistanda insanları küçədə yığıb cəbhəyə zorla aparırlar, analar qışqırır, səngərdə ayaqlarını zəncirləyirlər. Bəzən bizi tənqid edirlər ki, getmisən nümayiş etdirmə. Biz sənətçiləri qınamasınlar, başqa ruhda insanlarıq. Orduya boşuna könüllü yazılmamışam, təcrübəm var. Biz də boşuna oturmaq istəmirik, vətən üçün nəsə edirik. Hansısa Xalq artistimiz şəhid də ola bilər. Burada nə var ki? Bundan gözəl ölüm var?".

Bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Aparıcılığını Leyla Quliyevanın etdiyi "Vaxtı gəldi" proqramının qonağı olan müğənni cəbhə bölgəsində baş verənlərdən danışıb:

"Həmişə ümid edirdik ki, Qarabağ geri qayıdacaq. Amma hər zaman içimizdə bir qırıqlıq var idi. İndi isə xəyallarımız gerçəkləşir. Danışdıqca insanın içində bir həyəcan oyanır".

Kazımova 1990-cı illərdə cəbhədə döyüşə getməsindən danışarkən göz yaşlarını saxlaya bilməyib: "Anam, qızım və sənhəyə qayıtmaya bilərdim. Cəbhəyə getmək istəyi uşaqlıqdan məndə var idi. Hətta xəyal edirdim, məşq edirdim ki, mühasirəyə düşərəm. Nə düşünmüşdümsə, başıma gəldi. Mühasirəyə düşmək məqamı da oldu. Könüllü yazılmamışdım, fürsət düşdü və getdim. Anamla sağollaşmağa gələndə artıq formada idim. Qızım anamın qucağında idi. Gözümə ana, uşaq, səhnə, ailə görünmürdü. Axşam vaxtı idi hərbi hissəyə gedirdik, "Niva" maşınında oturmuşduq. Arxada oturmuşdum, sürücü, komandir var idi. Tapşırılan məqamlardan biri o idi ki, nəsə olsa, birinci Aygünü vuracayıq. Deyirdilər ki, əsir düşməmək üçün onu vurmalıyıq. Artıq bununla barışmışdım. Dağın döşü ilə gedirdik, komandir dedi ki, çox və səhv getdik. O sözləri demişdik ki, ratsiyadan başladı ermənilərin səsi gəldi. Dağdan bir-birilərinə siqnal verirlər. Anladıq ki, vəziyyət yaxşı deyil. Komandir dedi ki, birinci Aygünü vurun. Həmin an anam qucağında qızım gözümün qabağına gəldi (ağlayır). Başladıq geri qayıtmağa, qurtulduq. Belə anlar çox olmuşdu.

Bizim bir gözümüz ağlayır, bir gözümüz gülür. Son azərbaycanlıya qədər, lazım gəlsə, qadınlar da döyüşəcək və Qarabağı alacağıq. Dünya bu baş verənlərə susmamalıdır. Gəncədə olanlara göz yumulmamalıdır. Deyirik ki, koronovirus niyə var? Bu cür haqsızlıqlara kainat dözmür".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar