Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub

İspaniyanın böyük oxuyucu kütləsinə malik “EL MUNDO” qəzetində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.

PİA.az xəbər verir ki, müsahibədə Azərbaycan Prezidentinin köməkçisi cəbhə bölgəsində yaranmış hazırkı vəziyyətdən, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq, yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini, həmçinin digər mülki əraziləri də ağır artilleriya və raket atəşinə tutub. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulması nəticəsində 10 dinc sakin həyatını itirib, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədi, habelə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda “SCUD” raket kompleksləri yerləşdirib. Ermənistan tərəfi bu raketlərlə dəfələrlə dinc əhali və mülki obyektləri atəşə tutub.

“EL MUNDO” nəşrinin jurnalisti Xavyer Espinozanın guya muzdluların Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb olunması ilə əlaqədar şayiələrlə bağlı sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, bu, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatıdır. Bu gün yüksək döyüş qabiliyyətinə və ən müasir silahlara malik Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Uzun illərdir ki, erməni tərəfi Suriya və Livan erməniləri adı altında Azərbaycana, onun Silahlı Qüvvələrinə qarşı muzdlular kimi istifadə edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları pozmaq üçün hər vasitəyə əl atdığını diqqətə çatdıran Hikmət Hacıyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü qeyd edib.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar