Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Türkiyədə qanunsuz 100 mindən çox Ermənistan vətəndaşı yaşayır"

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyi zərurətdən irəli gələrək Qarabağ münaqişəsinin siyasi həllində daha aktiv yer alır. Bunu oktyabrın 14-də Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə edən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasındakı telefon danışıqları da sübut edir.

Söhbətin ekspertlər və siyasətçilər tərəfindən getdikcə daha çox müzakirə olunan “2+2” (Türkiyə-Azərbaycan + Rusiya-Ermənistan) danışıqlar formatından getdiyi istisna deyil. Beləliklə, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına verdiyi müsahibədə Türkiyənin Qarabağ münaqişəsini həll etmək üçün Rusiya ilə birgə fəaliyyətə hazır olduğunu söyləyib:

“Regionun təhlükəsizliyi üçün bu məsələni kökündən həll etmək lazımdır, bu səbəbdən birgə fəaliyyətə ehtiyac var”.

Türkiyənin danışıqlar prosesində iştirakını Media.Az üçün “2+2” formatı çərçivəsində türkiyəli politoloq, Kahramanmaraşdakı Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl belə şərh edib:

- Türkiyə və Rusiya liderləri arasındakı danışıqlar prosesində Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olduğu üçün ATƏT formatında həmrəylik səylərinə ehtiyacın olduğunu vurğulayıb. Moskva və digər mərkəz ölkələr anlayırlar ki, Qarabağ münaqişəsini Ankara olmadan həll etmək praktiki olaraq mümkün deyil.

Qarabağ məsələsi həll olunmalıdır. Türkiyəni bu münaqişənin mövcudluğu narahat edir. Hər kəs etnik yanaşmadan, dini həmrəylikdən, “Bir millət, iki dövlət” anlayışından bəhs edir. Lakin Ankara ilə Bakı arasındakı strateji əməkdaşlığa dair müqaviləni də unutmamalıyıq.

Mən də bir çox ekspertlər kimi hesab edirəm ki, Türkiyənin iştirakı olmadan münaqişəyə ədalətli həll yolu tapmaq mümkün deyil.

Ən optimal həll yolu “2+2” formatında danışıqlar prosesidir: Türkiyə və Azərbaycan, RusiyaErmənistan. Və bu, ümumiyyətlə müttəfiq tərəflərin danışıqlar prosesi olacaq. Ermənistan xaric, bütün ölkələr bir-biri ilə dostluq münasibətindədirlər. Azərbaycan və Türkiyə Qərbə üz tutan Ermənistandan fərqli olaraq, anti-Rusiya ritorikasından istifadə etmir.

Türkiyə və Azərbaycan regionla birbaşa əlaqəsi olmayan ölkələrin münaqişənin həlli prosesində iştirakından narazıdır. Yekun siyasi razılığa gəlmək üçün Qarabağ münaqişəsi regional formatda həll olunmalıdır.

- “2+2” formatı RusiyaErmənistanı Türkiyə və Azərbaycana qarşı qoya bilərmi?

- Xeyr, düşünmürəm. Xatırlayaq ki, Türkiyə 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ölkələrdən biri olub. Eyni zamanda, İrəvan Moskvanın müttəfiqidir, Ermənistanda Rusiya hərbi bazaları, rus sərhədçiləri və s. var. Nə Türkiyə, nə də Azərbaycan buna etiraz etmir, bu, Rusiyanın və Ermənistanın daxili işidir.

“2+2” formatı, mənim fikrimcə, ən optimal seçimdir. Fransanın öz daxili problemləri var, ABŞ-ın da, həmçinin. Rusiya, Türkiyə, AzərbaycanErmənistan regionda birbaşa iştirakı olan ölkələrdir, burada rəqabət deyil, iş birliyi vacibdir.

Ermənistan bu formatı qəbul edərsə, bu, ölkənin Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa hazır olduğunun göstəricisi olacaq. Burada məsələyə tarazlı yanaşmaq lazımdır və bir daha təkrar edirəm, bu yanaşma “2+2” formatında mövcuddur, lakin ATƏT-in Minsk qrupunda bu yoxdur. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ problemini həll etməyə çalışsa da, digər həmsədr ölkələr regionda sabitliyə ehtiyac duymadıqları üçün buna imkan verməzlər. Burada sabitlik və təhlükəsizlik yalnız bizə lazımdır.

Bir vacib məqamı da qeyd edəcəm: Türkiyə Aİ-nin üzvü deyil, lakin NATO-nun üzvüdür. Amma Ankara rahatlıqla Moskva ilə ortaq dil tapa bilir. Və Rusiya Türkiyə ilə mükəmməl danışıqlar apara bilər.

- Bəs Ermənistanın mövqeyi necədir? Ermənistanın Baş naziri Nikol Paşinyan, həqiqətən, Azərbaycana qarşı heç bir güzəştə getməyəcəyini söyləyərək Moskvada imzalanan sonuncu müqavilənin şərtlərini pozdu. Beləliklə, birinci mərhələdə işğal olunmuş beş Azərbaycan rayonunun azad edilməsindən ibarət olan məskunlaşmanın siyasi prinsiplərini dilə gətirən Rusiya Xarici İşlər naziri Sergey Lavrovu da pis vəziyyətdə qoydu.

- Bütün problemlər də elə bundadır. Nikol Paşinyan qərbyönümlü siyasətçidir. Onun davranışları Türkiyə ilə Rusiyanı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Halbuki, hazırda hərbi ritorika Ermənistan üçün zərərlidir, habelə Moskva razılaşmalarının, “Madrid prinsipləri”nin, “Kazan düsturu”nun şərtlərindən imtina olunmasıdır. Lakin hər halda, Paşinyanın dedikləri onu göstərir ki, yeni bir format düşünülməlidir.

Həm Rusiya, həm də Türkiyə Ermənistanın üzərində kifayət qədər təsir gücünə malikdir. Yalnız Türkiyədə qanunsuz olaraq 100 mindən çox Ermənistan vətəndaşı yaşayır. Həm də Azərbaycanın Nikol Paşinyana “dəli köynəyi” geyindirmək üçün kifayət qədər gücü və qaynağı var.

Xülasə, Türkiyənin mövqeyi barədə qısaca onu deyim: regionda sülhə ehtiyac var, bu da Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından sonra baş verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar