Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Pandemiyanın ikinci dalğası neft bazarına təsir göstərib

Dünyanın bir sıra regionlarında pandemiyanın ikinci dalğası ilə bağlı narahatlıqlar üzündən neftin qiyməti yenə azalıb.

Londonun “İCE Futures” birjasında səhər hərracında “Brent” markalı neftin dekabr fyüçersləri 1,1 faiz ucuzlaşaraq 42,73 ABŞ dollarından satılıb. Ötən gün “Brent” 0,37 faiz ucuzlaşmışdı. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neft ötən gün 0,2 faiz ucuzlaşdıqdan sonra bu gün səhər daha 0,93 faiz ucuzlaşaraq 40,58 dollardan satılıb.

CBA ekspertlərinə görə dünyada neftə tələbatın azalmasına dair əlamətlər sezilincə qiymətləri sabit saxlamaq üçün təklifi də azaltmaq meyli güclənir. Beynəlxalq Enerji Agentliyi (İEA) də bu həftə açıqladığı hesabatında pandemiyanın yeni dalğası və məhdudlaşdırıcı tədbirlər üzündən tələbatın artımının ləngidiyini qeyd edərək cari il üçün gündəlik tələbata dair proqnozunu 91,7 milyon barel həcmində saxlayıb.

Rəsmi məlumata görə, ABŞ-da 2-9 oktyabr tarixlərində neft ehtiyatları 3,8 milyon barel, benzin ehtiyatları 1,6 milyon barel, distilat ehtiyatları 7,2 milyon barel azalıb. NYMEX-də satılan neftin saxlandığı Kuşinq anbarlarındakı ehtiyatlar isə 2,9 barel artıb. Ekspertlər isə neft ehtiyatlarının orta hesabla 2,3 milyon barel, benzinin 1,8 milyon barel, distilatın da 2,5 milyon barel azalmasını gözləyirdilər.

Amerika Neft İnstitutunun (APİ) məlumatına görə isə sözügedən dövrdə neft ehtiyatları 5,4 milyon barel, benzin ehtiyatları 1,5 milyon barel, distilat ehtiyatları 3,9 milyon barel azalıb, Kuşinqdəki ehtiyatlar isə 2,2 milyon barel artıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Köçəryanın Moskvaya çağırılması Rusiyanın Paşinyana təzyiq elementlərindən biridir”

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - Video

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Ordumuza əsir düşən mayor erməni xalqına: “Uşaqlarınızı döyüşməyə buraxmayın” - Video

loading...

Ən çox oxunanalar