Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyaca məşhur alim Gəncədəki erməni terrorunu alman faşistlərinin əməlləri ilə müqayisə etdi

“Erməni hərbçilərinin Gəncədə mülki şəxslərə qarşı “Skad” raketlərini istifadə etməsi, İkinci Dünya müharibəsinin son ilində London, Paris və bir sıra digər şəhərlərin faşistlərin “Fau-2” raketləri tərəfindən atəşə tutulmasını xatırlatdı”.

PİA.az xəbər verir ki, bu sözləri Vesti.az-a amerikalı fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (1968-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki) Roald Saqdeyev söyləyib.

Roald Saqdeyev 1932-ci ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetini bitirib. Atom Enerjisi İnstitutunda və Nüvə Fizikası İnstitutunda çalışmışdır. 1968-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilib. ABŞ Milli Elmlər Akademiyasının üzvü olub. 1973-1988-ci illərdə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqat İnstitutuna rəhbərlik etmişdir. 1990-cı ildə ABŞ-a köçüb. Plazma fizikası, kosmik fizikası və idarə olunan termonüvə sintezi problemləri üzərində işlərin müəllifidir. Roald Saqdeyev Mixail Qorbaçovun müşavirlərindən biri olub və yüksək səviyyəli danışıqlarda iştirak edib.

“Nasistlərin müharibəni uduzduğunu anlayan Hitler terror silahlarını bu şəhərlərin mülki əhalisinə qarşı yönəltmək üçün ümidsiz cəhd etdi. “Fau-2” o dövrdə raket texnikasının mütləq zirvəsi olsa da, onun hədəfə düşməsinin dəqiqliyi kilometrlərlə hesablanırdı. Bu silah hərbi hədəflərə zərbələr üçün tamamilə yararsız idi. Lakin böyük şəhərlərə “təsadüfi” atəş terror silahına çevrildi və mülki əhalinin qorxusuna səbəb oldu.

Yalnız 1944-cü ilin payızından 1945-ci ilin mart ayına qədər almanlar Londona mindən çox raket atdılar. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill qərar qəbul edərək Hərbi Hava Qüvvələrini “Fau-2”nin start meydançalarını məhv etməsini əmr etdi. Eyni zamanda, İngilislər bu raketlərin istehsalı ilə əlaqəli olan hərbi fabrikləri bombaladı.

Sovet istehsalı olan “Skad” raketləri əslində “Fau-2”nin modifikasiyasından başqa bir şey deyil.

Sergey Korolev, böyük bir mühəndis qrupu ilə Stalin tərəfindən müharibədən dərhal sonra Almaniyaya göndərildi və “Fau-2”nin rəsmlərini və silahın nümunələrini oradan gətirdi. Beləliklə, on il ərzində “Skad”ın yaradılması üzərində addım-addım iş getdi. Soyuq müharibənin ilk dövründə Sovet rəhbərliyi bu cür raketləri nüvə başlıqları təhciz edirdi. Bu halda isə dəqiqlik məsələsi o qədər də vacib deyil. Daha sonra qitələrarası raketlər meydana çıxdı və “Skad”lar istifadəsiz qaldı. Bu silahları çox miqdarda dost dövlətlərə tədarük etməyə başladılar.

Bir çox yerdə onlar “işə yaradı”. Məşhur 1973-cü il müharibəsində Misir bu raketləri İsrailə qarşı istifadə etdi, İraqİran isə 1980-1988-ci il müharibəsində bir-birlərini bu silahla atəşə tutdu. Sovet İttifaqı özü Əfqanıstan kampaniyasında yüzlərlə “Skad”dan istifadə etdi. Nəhayət, Şimali Koreya sakitcə “Skad”ların daxili mexanizmini öyrənərək, onların cihazlarını təkminləşdirdi və qitələrarası raketlərin istehsalına başladı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar