Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi ovcumuzun içindədir

Dünən işğaldan azad olunan kəndlər bizi bir addım daha Xankəndinə yaxınlaşdırıb...

Prezidentin açıqladığı 8 kənd arasında Qaradağlının da olması xüsusilə sevindiricidir. Təkcə ona görə yox ki, I Qarabağ döyüşlərində erməni quldurlarına və Rusiyanın 366-cı motoatıcı alayına qarşı 5 gün əliyalın şəkildə dirəniş göstərən və Xocalı kimi qətliamla üzləşən Qaradağlının qanı yerdə qalmayıb. Həm də ona görə ki, bu kənddən Xankəndinə qədər məsafə hava yoluyla cəmi 18 km-dir. Xocavənd-Xankəndi yolunun ortasında yer alan Qaradağlı həm də uca yüksəkliklərin əhatəsindədir. Dolayısıyla, o yüksəklikləri əldə etmədən Qaradağlının bizdə olmasını demək mümkün deyil və ölkə başçısı bu xüsusları mütləq nəzərə alır.

Bütün bu deyilənləri də hesaba əlavə etsək, Xankəndinə daha çox yaxınlaşdığımızı söyləyə bilərik. Üstəlik, kəndin ətrafındakı yüksəkliklərin əlimizdə olması Xankəndini bizə ovcumuzun içi qədər yaxınlaşdırır.

Bir sözlə, gözünüz aydın, məmləkət əhli, Xankəndi ovcumuzun içindədir. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar