Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Covid-19 pandemiyası enerji sektorunun gələcəyini necə dəyişəcək?..

Covid-19 virusunun tempi və peyvənd işlərində əldə edilən uğurlar bizə enerjinin necə və hansı istiqamətdə dəyişəcəyini göstərəcək...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 15 oktyabr 2020-ci il

Covid-19 iqtisadiyyat, səhiyyə sektoru, təhsil, sosial həyat, enerji istehlakı və enerji təchizatı mənbələri kimi bir çox sahəyə təsir göstərir. Beynəlxalq Enerji Agentliyi (IEA) Covid-19 ssenariləri ilə Dünya Enerji Baxışı hesabatını yayımlayıb. Bu hesabatda enerjinin gələcəyinin necə formalaşacağına dair mühüm ipucları var.

Belə ki, dünyadakı iqtisadi böyümənin azalması enerji istehlakında da azalmaya səbəb olub. 2020-ci ildə qlobal enerji tələbatının 5%, enerji ilə əlaqəli CO2 emissiyalarının 7% və enerji investisiyalarının isə 18% azalması gözlənilir. Xüsusilə yüksək gəlirli iqtisadiyyatlardakı yüksək ÜDM-nin azalmasının enerji istehlakını da azaldacağı təxmin edilir.

Dünyada neft və kömür kimi mənbələrin istehlakında azalma olacağı və qlobal neft tələbindəki böyümə dövrünün yaxın 10 ildə sona çatacağı proqnozlaşdırılır. Əlbəttə ki, bir siyasi müdaxilə olmasa bunlar mümkün olacaq. Enerji mənbələrindəki bərpa olunan mənbələrin payı tədricən artacaq. Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birolun sözləri ilə desək, günəş enerjisinin dünya elektrik bazarlarının “yeni kralı” olacağı proqnozlaşdırılır.

Digər tərəfdən, bərpa olunan mənbələrin yaxın 10 ildə qlobal elektrik tələbat artımının 80%-ni təmin edəcəyi və ən böyük bərpa olunan mənbənin hidroelektrik olacağı təxmin edilir. Günəş enerjisindən sonra isə quru və dəniz küləyi gəlir.

Bundan əlavə, hökumətlər və investorlar Davamlı İnkişaf Ssenarisinə görə təmiz enerji ilə bağlı cəhdlərini sürətləndirsələr, həm günəş, həm də küləyin artımı daha da çoxalacaq və dünyanın iqlim probleminin həlli üçün son dərəcə əhəmiyyətli bir addım atılmış olacaq.

Covid-19 pandemiyaaı Afrikanın Böyük Səhra bölgəsində elektrik enerjisi əldə etməyən insanların sayını artıracaq. Yoxsulluğun artması dünya miqyasında elektrik enerjisinə çıxışı da problemli hala gətirə bilər. Digər tərəfdən, Dünya Enerji Baxışının hesabatında enerji sektorunun necə inkişaf edə biləcəyini göstərən 4 müxtəlif ssenari təqdim olunur.

4 müxtəlif ssenari

İlk ssenaridə təsvir olunan siyasətlərə əsaslandıqda və Covid-19-un 2021-ci ildə tədricən nəzarət altına alınacağını düşündükdə qlobal iqtisadiyyatın həmin ildə böhrandan əvvəlki səviyyəyə qayıdacağı proqnozlaşdırılır.

İkinci ssenariyə, yəni Gecikmiş Xilasetmə Ssenarisinə görə, uzun müddət davam edən epidemiyanın iqtisadi gözləntilərə qdaimi ziyan vuracağı düşünülür. Bu səbəbdən, qlobal iqtisadiyyat yalnız 2023-cü ildə böhrandan əvvəlki vəziyyətinə qayıdacaq. Bu çərçivədə, qarşıdan gələn dövr 1930-cu illərdən bəri ən aşağı enerji tələbil nisbəti kimi önə çıxır.

Davamlı İnkişaf Ssenarisində (SDS) açıqlanan siyasətlər əsasında təmiz enerji siyasətləri və investisiyalarının artması ilə Paris Sazişi hədəflərinin, enerjiyə çıxış və hava keyfiyyəti hədəflərinin tam təmin ediləcəyi proqnozlaşdırılır.

2050-ci ilə qədər yeni Tam Sıfır Emissiyası statusu (NZE2050) ilə artan ölkə və şirkətlər də əsrin ortalarına qədər tam sıfır emissiyanı hədəfləyirlər. Davamlı İnkişaf Ssenarisi ilə birlikdə qlobal emissiyaların 2070-ci ilə qədər tam sıfıra çatacağı təxmin edilir.

Nəticə etibarilə, Covid-19 ucbatından iqtisadiyyatda baş verən daralma ilə enerji tələbi azalıb, istehlak edilən enerjinin mənbələri dəyişib və yoxsul ölkələr elektrik enerjisi almaqda çətinlik çəkməyə başlayıblar. Buna görə də Covid-19 virusunun tempi və peyvənd işlərində əldə edilən uğurları bizə enerjinin necə və hansı istiqamətdə dəyişəcəyini göstərəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar