Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin. Problemləri səmimi müzakirə ilə çözmək mümkündür.

Buğa - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin.

Əkizlər - fərqli layihəyə başlamaq üçün görüş təyin etməyin. Qohumlarla təmaslar sahəsində qərarların qəbulunda müstəqillik istəyiniz münasibətlərdə çətinliklər yaradacaq. Üstəlik, lider mövqeyini laxlatmaq istəyəcəklər.

Xərçəng - günün ilk yarısında tərəfdaş və ya şəriklə iş böyük məsuliyyət tələb edir. Yardım üçün təcrübəli, bacarıqlı insanlara müraciət edin. İşlərinizi uğurlu məcraya salmağa çalışın. Yeni işlərə başlamayın.

Şir - yaxınlarınızdan biri ilə bağlı narahatlığınız əsassız deyil. Ailə üzvlərinizdən biri problemlərindən danışmağa çəkinir. Aşkar danışsanız, ailədəki ab-hava yaxşılaşar.

Qız - yaşanan situasiyaya diqqət yetirin. Naqolay vəziyyətə düşməmək üçün sayıq və sərvaxt davranın. Gördüyünüz işi diqqətlə yoxlayın. Dəqiq hesablamalar və mühüm sənədlərlə çalışanda diqqətiniz mənasız nəsnələrə yayınmasın. Əks təqdirdə ağır fəsadlı səhvlər istisna deyil.

Tərəzi - ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın. Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.

Əqrəb - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.

Oxatan - Yaxınlarınızla ünsiyyətdə həddən artıq emosional olmayın. Belə davranışınız onları qıcıqlandıra bilər. Axşam saatlarında normal istirahətə ehtiyacınız var.

Oğlaq - imkan və biliklərinizi nümayiş etdirin. Əyləncə, istirahət zamanı deyil. Başqasının təsiri altına düşməyin. Belədə sizdən sui-istifadə etmək istəyən şəxslərin planlarında sövqi-təbii iştirakçıya dönəcəksiniz.

Dolça - ünsiyyəti intensivləşdirmək və işlərdə irəliləyişə nail olmaq üçün özünüzə kənardan baxmağı bacarın. Yaşlı qohumların, nüfuzlu saydığınız insanların dediklərinə qulaq asın. Sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq istəyirsinizsə, narazılığın səbəbini anlayın.

Balıqlar - inadkarlıq münasibətlərdə çox problemlər yarada bilər. Özünüzü şəksiz lider kimi hiss etməyin. Yaxın ətrafınızdakı insanları mövqeyinizlə razılaşmağa vadar etməyin. Vəziyyətlə bağlı mövqelər və fikirlər fərqlidir.(Milli.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar