Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri özü ilə vətəndaş müharibəsini də gətirir...

Noyabr ayında keçiriləcək ABŞ seçkiləri yeni bir vətəndaş müharibəsinə səbəb ola bilər. Həmçinin, son 2 ildə silah satışının təxminən ikiqat artması da ABŞ-ın sonunun hara getdiyini göstərir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 oktyabr 2020-ci il

ABŞ-da seçkilər yaxınlaşdıqca gərginlik də artır. Tramp dövründə ABŞ-da ən çox müzakirə olunan mövzulardan biri zorakılıq edən ağdərili irqçi qrupların yüksəlişi olub. Demokratlar Trampın ritorikasının ağ irqçi qrupları təşviq etdiyini düşünürlər. Tramp isə bu qrupları açıq şəkildə qınamaqdan çəkinir və ya onları dəstəkləmədiyini lap aşağı tonda dilə gətirir. İdeoloji, siyasi, irqi və mədəni ayrı-seçkiliklə müşayiəti olunan mübahisələrə baxsaq görərik ki, ABŞ-da etiraf edilməmiş bir “vətəndaş müharibəsi” baş verir. Ağdərili irqçi qruplar isə görünür, bu vətəndaş müharibəsini artıq mənimsəyiblər.

Keçən şənbə günü ABŞ-ın Kolorado ştatının paytaxtı Denverdə ağ irqçi bir qrupla solçu qrup üz-üzə gəlib. Baş verən münaqişədə irqçi qrupda olduğu iddia edilən bir adam öldürülüb. Özü də ağdərili bir amerikalı olan cinayət şübhəlisinin nümayişləri izləyən bir media qrupunu qorumaq üçün çalışan xüsusi mühafizəçi olduğu bildirilib.

Əslində, bu münaqişələr heç də yeni deyil. 12 avqust 2017-ci il tarixində Virciniya ştatının Şarlotsvil şəhərində yenə rəqib qruplar üz-üzə gəlmişdilər. Ağ irqçi bir silahlı öz avtomobilini izdihamın üstünə sürərək 1 nəfəri öldürmüş, 19 nəfəri yaralamışdı. ABŞ-ın digər ştatlarında da baş verən bu cür nümayişlərdə hər iki qrupdan çox sayda insan həyatını itirib.

Demokratlar və Respublikaçılar arasında ağ irqçi qrupların bir terror təşkilatının üzvü olub olmaması barədə də mübahisələr edilir. Digər tərəfdən, amerikalılar “fərdi silahlanma” mövzusunda da iki yerə bölünüblər. Demokratlar fərdi silahlanma barədə ciddi məhdudiyyətlər tələb edirlər. Respublikaçılar isə fərdi silahlanmanın bir “hüquq” olduğunu düşünürlər. Ağ irqçi qruplar üçün fərdi silah əldə etmək hüququ hər şeydən daha vacibdir. Bu baxımdan, yerli silah istehsalçılarının daha çox Respublikaçilar Partiyasını dəstəklədiyi də məlumdur.

Araşdırmalara görə, ABŞ-da həm “Ağ Amerika” ifadəsi ilə fəaliyyət göstərən milis qruplarının sayı, həm də buna paralel olaraq silah satışları xeyli artıb. Son 2 ildə silah satışının təxminən ikiqat artması ABŞ-ın sonunun hara getdiyini göstərir.

Əslində, Demokrat rəhbərlərin idarə etdiyi bəzi ştatlarda “Ağ Üstünlüyü” adlanan milis qrupları kamuflyaj kostyumları və yarı avtomatik tüfəngləri ilə Covid-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə etiraz ediblər. Bu ştatlarıdan biri də Miçiqan idi. Miçiqanın Demokrat rəhbəri Qretçen Vitmer ilə Tramp arasında görülən tədbirlər barədə sərt polemikalar baş verib. Tramp yayımladığı bir tvitində “Miçiqanı azad edin” deyib və rəhbər Vitmerdən iş yerləri, məktəblər və kilsələri açmasını tələb edib. Özlərini “Miçiqan Azadlıq Milisləri” adlandıran və Trampı dəstəkləyən silahlı bir qrup isə ştat qərargahını zəbt etməyə çalışıb.

Keçən cümə axşamı Miçiqanda FTB-nin keçirdiyi əməliyyatda 13 milis nəzarətə götürülüb. Milislər “Wolverine Watchmen” adlı bir milis qrupu ilə əlaqəlidirlər. Aralarından 6 nəfərin həbs olunduğu təşkilat üzvlərinin seçkidən əvvəl rəhbər Vitmeri qaçırmağı planlaşdırdığı ortaya çıxıb. Təşkilatın başqa terror aktlarını da planlaşdırdığı bildirilib.

Analitiklərin fikrincə, bu hadisələr seçki prosesini xaosa sürükləmək məqsədi daşıyır. Demokratlara görə, Trampın poçtla səsvermənin Respublikaçılara qarşı oğurluq olduğunu deməsi də bu milis qruplarını daha çox təhrik edir.

“The Atlantic” jurnalının 2020-ci il noyabr sayındakı bir xəbərə görə, noyabr seçkilərində gözləniləndən daha çox toqquşmalar baş verəcək. Mayk Ciqlionun imzası ilə yayımlanan sənədə görə, Tramp tərəfdarı olan bir milis təşkilatında minlərlə keçmiş polis və keçmiş əsgər var. Hesabatda qeyd edilir ki, bəziləri xaricdəki müharibələrdə yaralanmış keçmiş əsgərlər indi milis üzvlərinə müxtəlif təlimlər keçirlər. Ciqlio ilə danışan bəzi milislərin sözlərinə görə, əgər Tramp seçki nəticələrini qeyri-qanuni şəkildə elan etsə, o zaman onlar da “küçələrə çıxa bilərlər”.

Demokratlar bu silahlı milis qruplarının seçki qutuları ətrafında olmasının gərginliyi daha da artıracağını vurğulayır. Həqiqətən də, partiyalar olduqca izdihamlı bir vəziyyətin içindədirlər. Görünür, Amerika küçələri 3 noyabrda və ondan sonrakı günlərdə çox aktivləşəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar