Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şou əhli səngəri toyxana ilə dəyişik salıb” 

Tanınmış fitnes məşqçisi Kamil Zeynallının inzibati həbsi və müğənni Nadir Qafarzadəyə rəsmi xəbərdarlıq edilməsi maraqlı müzakirələrə yol açıb. Sənət adamlarının, ayrı-ayrı tanınmış simaların səngərə yol tapması birmənalı qarşılanmayıb.

Maraqlıdır, mülki şəxslər şiddətli döyüşlərin getdiyi cəbhə bölgəsinə necə baş çəkirlər? Bu məsələlər necə tənzimlənməlidir?

Hərbi ekspert Rəşad Süleymanov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, indiki dövrdə cəbhə xəttinə sənət adamlarını buraxmaq doğru deyil:

“Düşünürəm ki, onlar oraya yardım niyyəti ilə getmələrinə baxmayaraq, qoyulan təlimatlara uymayaraq çəkiliş ediblər. Biz bu insanlara şou əhli deyirik, onlar oranı da toy səhnəsi zənn edirlər, hər şeyə şou gözüylə baxırlar, elə buna görə də onları cəbhədən uzaq tutmaq lazımdır. Ən yaxşı halda arxa cəbhədə əsgərlər üçün konsertlərini versinlər, bununla da oradakı işləri bitir. Bu məsələ Müdafiə Nazirliyi tərəfindən tənzimlənməlidir. Nazirliyin bu işlə məşğul olan müvafiq qurumları var. Onlar bu işlərə nəzarət etməlidir. Səngər karvansaray və ya teatr səhnəsi deyil, hər adam oraya gedə bilməz. Mən bu gün jurnalist olaraq cəbhə xəttinə gedə bilmirəm. Çünki akreditasiya olunmamışam. Amma bu şoumenlərin gündə biri gedib oraya çıxır və video paylaşır. Onlar düşünmürlər ki, yaydıqları görüntülərin arxa planında nələr var, hansı fəsadları yarada bilər, yəni bunu bilərəkdən etmirlər. Amma əgər tapşırıq verilibsə ki, çəkmək olmaz, deməli, çəkməməlidirlər. Buna riayət edilməlidir.

Ekspert vurğulayıb ki, əsgərlərin yanına gedən zaman smartfonlardan istifadə olunmamalıdır:

“Onun faydasından çox ziyanı var. Bunda GPS olduğu üçün ərazidə radiotexniki kəşfiyyat vasitələri ilə belə telefonun olduğu nöqtələr təyin edilə bilir. Nəticədə düşmən oraya atəş açır. Həmçinin məlumatların oradan oğurlanıb götürülməsi ehtimal var. Bu məsələlərdə həssas olmalıyıq. Bizə torpaqlarımızın azad edilməsi, əsgərlərimizin düşmən üzərində qələbəsi lazımdır. Dövlətin qoyduğu qayda-qanunlara əməl olunmaqlıdır. Müharibə bitdikdən sonra istədikləri qədər gedib orada konsert versinlər, lap istəyirlər, başıüstə dayansınlar, fotosessiya eləsinlər. Amma indiki dövrdə maksimum səviyyədə qorunmaq lazımdır. Minlərlə insanla təmasda olub daha sonra əsgər yanna getmək doğru deyil, pandemiya hələ bitməyib. Əsgərləri yoluxdura bilərlər. Bu gün əsgər döyüş aparır, ona mane olmaq lazım deyil. Müdafiə Nazirliyinin əlində n qədər iş var. Müharibə vəziyyətində tətbiq olunan məhdudlaşmalara əməl edilməlidir. Dəfələrlə qeyd edilib ki, hərbi texnikanın dislokasiyasını, əsgərlərin getdikləri istiqamətləri çəkməyin, xüsusi təyinatlıların üzünü göstərməyin. Amma təəssüf ki, bəzi insanlar ucuz şou yaratmaq xatirinə buna riayət etmirlər, düşüncəsiz yanaşırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar