Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur “Şpiqel” jurnalı Azərbaycanın əleyhinə yazdı

Dünyanın tanınmış mətbu orqanından biri olan “Şpiqel” jurnalı öz internet səhifəsində Qarabağ hadisələrini ermənipərəs mövqedən işıqlandırıb.

Modern.az xəbər verir ki, bu barədə Avropada yaşayan azərbaycanlı filosof Ağalar Qut bildirib.

“Şpiqel” məqalənin adını “Yeni müharibədə Ərdoğanın rolu” qoyub.

“Yuxarıda qırmızı rəngdə iri yarımsərlövhə “Azərbaycan Ermənistana qarşı”, aşağıda iri hərflərlə ikinci yarımsərlövhə “Qarabağ ətrafında konfliktdə Ermənistana təkcə Azərbaycanın yox, Türkiyənin də hücum etdiyi görünür” adlanır

İlk üç abzası qısaldaraq tərcümə edirəm: Ermənistanın paytaxtı Yerevandan Ararat dağının zirvəsi görünür, bu dağ Türkiyədə yerləşir, amma ermənilər üçün o, öz ölkələrinin emblemidir və bu dağ ermənilərə sərhədin (Türkiyə ilə Ermənistan arasındakı sərhəd nəzərdə tutulur – A.Q.) o tayında qalan itirilmiş vətəni (diqqət! – A.Q.) və 1915-ci ildən etibarən başlanan genosidi xatırladır. Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə müharibədədir. Paşinyanın da dediyi kimi, 2020-ci il hadisələri 1915-ci il genosidinin ardıdır. Erməniləri yox etməyə başlayan Osmanlının işini bir əsr sonra Türkiyə davam etdirmək istəyir. Bu, Azərbaycandan ayrılmış (diqqət! – A.Q.) Qarabağda icra edilir (sərbəst sitatın sonu).

Əziz dostlar, bizə həmişə elə gəlib ki, ermənilər yaxşı təbliğat qurub avropalıları öz haqlılıqlarına inandırıblar. Bu, tamamilə səhv fikirdir! Əksinə, avropalılar erməniləri doldurub üstümüzə qaldırıblar. Sonuncu məqaləmi oxumayanlar zəhmət olmasa oxusunlar. Bir müddət qabaq Prezident İlham Əliyevin “Biz Avropaya inteqrasiya etməyəcəyik” fikri mənim o vaxtkı postumda da yazdığım kimi, tamamilə yaxşı, düzgün mövqe idi və mövqedir. Və “Şpiqel” tək deyil. Biz total və həyasız bir hücum qarşısındayıq. Hədəfi düz nişan almalıyıq. Eynilə şanlı ordumuz kimi!”,-deyə A.Qut sosial şəbəkədə qeyd edib.

Xatırladaq ki, “Şpiqel” jurnalı Almaniyada nəşr olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar