Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanla Azərbaycana qarşı müəyyən bir plan üzərində işləyə bilər?

Rusiya Ermənistanla  Azərbaycana qarşı müəyyən bir plan üzərində işləyə və Dağlıq Qarabağda vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilərmi?..

Politoloq: “Rusiya Ermənistanın yanındadır. Dünən RusiyaErmənistan XİN rəhbərləri Lavrovla (Kalantaryan) Mnatskanyanın press-konferensiyasıda erməni əsilli rus nazir Lavrov (Kalantaryan) açıq söylədi ki, atəşkəs məsələsində Rusiya ilə Ermənistan bir yerdədir”.

“İkinci Qarabağ müharibəsinin siyasi və hərbi müstəvidə Ermənistanın xeyrinə olmaması üçün müddətsiz humanitar atəşkəs 72 saatdan o yana uzadılmamalıdır”.

Bu sözləri politoloq Əhəd Məmmədli Qarabağ məsələsinə görə Rusiyanın Ermənistanla aktiv şəkildə müəyyən bir plan üzərində işlədiyi iddialarını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyadan Ermənistana “humanitar yardım” adı altında silah tədarükü davam edir.

Bildirilir ki, bu ərəfədə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan "Kornet" raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. Yaxın vaxtlarda “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir.

Bəs Rusiya Ermənistanla Azərbaycana qarşı müəyyən bir plan üzərində işləyə və Dağlıq Qarabağda vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Rusiya ilə Ermənistan bir plan üzərində işləyir. Bu plan Azərbaycanı haqq savaşından dayandırmaq və Qarabağı Ermənistanın işğalı altında saxlamaqdan ibarətdir”.

Türkiyənin müdafiə naziri Hulusi Akarın Şoyquyu zəng etdiyini və ermənilərin işğal etdikləri ərazilərdın çıxmalı olduqlarını rusiyalı həmkarlnln nəzərinə çatdırdığını xatırladan politoloq PUA.az-a açıqlamasında bildirib ki, Azərbaycan ordusu cəbhə boyu əks-hücumunu davam etməlidir:

Rusiya Ermənistanın yanındadır. Dünən RusiyaErmənistan XİN rəhbərləri Lavrovla (Kalantaryan) Mnatskanyanın mətbuat konfransında erməni əsilli rus nazir Lavrov (Kalantaryan) açıq söylədi ki, atəşkəs məsələsində Rusiya ilə Ermənistan bir yerdədir. Rusiya ilə Ermənistan bir plan üzərində işləyir. Bu plan Azərbaycanı haqq savaşından dayandırmaq və Qarabağı Ermənistanın işğalı altında saxlamaqdan ibarətdir.

İkinci Qarabağ müharibəsinin siyasi və hərbi müstəvidə Ermənistanın xeyrinə olmaması üçün müddətsiz humanitar atəşkəs 72 saatdan o yana uzadılmamalıdır. Qardaş Türkiyə müdafiə naziri Hulusi Akar sona qədər Azərbaycanın yanında olduğunu bildirdi. Üstəlik Akar Şoyquyu zəng edib bildirib ki, Ermənistan Qarabağdan dərhal çəkilməlidir. Akarın Şoyquya bu zəngindən sonra heç bir bəhanəsiz Türkiyəni arxamıza alıb Azərbaycan ordusu cəbhə boyu əks-hücumunu davam etməlidir.

Bu savaşda hələlik əsas uğrumuzu Hadrut qəsəbəsinin azad edilməsini hesab edirəm. Çünki Hadrut Dağlıq Qarabağda yerləşir. Bu uğuru davam edib Dağlıq Qarabağın içinə qədər getməliyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar