Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Gəncəyə atdığı “SCUD” raketi hərbi hədəflərin məhvi üçün effektiv deyil

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə zərbəni “SCUD” (skad) raketi ilə endirdiyi məlum olub.

“Report” bu silahla bağlı araşdırmanı təqdim edir.

Ermənistanın Gəncə şəhərində mülki əhalini hədəf alan raket zərbəsi zamanı “SCUD” raketindən istifadəsi təsadüfi deyil. Rusiya istehsalı olan "SCUD" raketlərinin texniki xüsusiyyətləri bunu deməyə əsas verir.

Belə ki, 1961-1987-ci illərdə istehsal olunan R-17 ( "SCUD-B" - "ELBRUS" kompleksi) raketlərinin hədəfdən yayınma dairəsi 450 metr təşkil edirdi.

Nəzərə alsaq ki, sonuncu buraxılışı 1987-ci ildə baş tutan bu raketlər yetərincə köhnədir, indi bu raketlər dəqiq zərbə qabiliyyətini itirib və yayınma dairəsi daha böyükdür. Buna görə də "SCUD"lardan hərbi hədəflərin məhvi üçün istifadə etmək effektiv deyil. Mülki hədəflərdə isə qeyri-dəqiq zərbə qabiliyyəti “işə yarayan”dır. Çünki yaşayış məntəqələrində raket hara düşərsə, yenə də sıx məskunlaşma səbəbilə dağıntı törədəcək və konkret nöqtəyə deyil, “arzu olunduğu kimi” böyük bir əraziyə zərər vuracaq.

Bu raketlərin praktik istifadə tarixinə nəzər yetirsək, İraq diktatoru Səddam Hüseyn “SCUD”dan İran-İraq müharibəsi zamanı İrana və Körfəz müharibəsində İsrailə qarşı istifadə edib. Hər iki halda nəticədə böyük dağıntılar və insan tələfatı qeydə alınıb.

Həmçinin çağdaş dönəmdə bu raketlərdən Liviyada ölkənin böyük bir hissəsini qanunsuz şəkildə ələ keçirərək mərkəzi hökumətə qarşı qiyam qaldırmış Xəlifə Həftərin nəzarətindəki qüvvələrə ötürülməsi barədə informasiyalar gəzir.

Bütün bunlar göstərir ki, Ermənistanın faşist mahiyyətini ortaya qoyaraq “SCUD”ı bilərəkdən seçib və hərbi əməliyyatlarda belə nadir istifadə olunan bu dağıdıcı silahı mülki əhaliyə qarşı tətbiq etməklə hərbi və insanlıq cinayəti törədib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 34 nəfər yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar