Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The London Post” ermənilərin Gəncəni atəşə tutması barədə məqalə dərc edib

Böyük Britaniyanın "The London Post" portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalə dərc edib.

"Report"un məlumatına görə, məqalədə hücum nəticəsində 10 dinc sakinin həyatını itirdiyi, 34 nəfərin isə yaralandığı qeyd olunub.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin aşağıdakı fikirləri Britaniya oxucularına təqdim olunub: “Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Məqalədə həmçinin humanitar atəşkəsin yaradılmasından dərhal sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın AğdamTərtər bölgələrini atəşə tutması qeyd olunub. “Bir neçə saat sonra erməni silahlı qüvvələri Hadrut və Cəbrayıl istiqamətində hücuma keçməyə çalışıb.

Erməni silahlı qüvvələrinin Suqovşan ərazisindəki erməni əsgərlərinin cəsədlərini topladığı, açıq şəkildə ağ bayraqla işarələnmiş sanitariya tibbi maşınına atəş etməsi nəticəsində bir tibb işçisi ağır yaralanıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ən çox oxunanalar