Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin ölkəmizdə tam hüquqlu iştirakının önü açılmalıdır” - Natiq Cəfərli

Moskvanın 10 saatlıq baş qatması.

Hamını indi bu suallar düşündürür: Əgər Ernənistan atəşkəs istəyirdisə, Gəncəni niyə vurur? İstəmirdisə, niyə yalvarıb hamıya zəng edirdilər? Moskvada 10 saatlıq görüşün anlamı nə idi?!

Xatırlayın, Moskva görüşündən öncə İsveçrədə XİN rəhbərlərinin görüşü olmalı idi, bizim nazir ora uçdu, görüşdə oldu, amma Ermənistanın XİN rəhbəri ora getmədi – niyə?! Çünki yiyəsi, Kreml qoymadı, Moskva çox narahat idi ki, Qarabağla əlaqəli hansısa sənəd onun nəzarəti altında deyil də, Qərbin patronajlığı ilə imzalana bilər. Ona görə də Ermənistan nazirini ora getməyə qoymadı, əvvəlcədən 12 oktyabra təyin edilən görüşü ayın 9-na saldı, hər iki naziri Moskvaya gətirdi ki, atəşkəslə bağlı sənədi imzaladıb dünyaya bəyan etsinlər ki, girməyin bura, Cənubi Qafqaz mənim arxa baxçamdır, buranın ağası mənəm, Türkiyə və Qərbi bura buraxmayacam. Mesaj verdilər ki, ancaq biz – Kreml hər iki ölkəyə təsir edə bilərik, ancaq bizim sözümüz keçir. Moskvada imzalanan kağız parçası ancaq bu məqsədə xidmət edirdi, amma Rusiya hələ istədiklərini almayıb deyə, raketlər də atılır, müharibə də davam edir.

Moskvanın bir neçə istədiyi və hədəfi var: 1) Paşinyan və komandasının getməlidir – o təlxək heç öz ordusuna belə nəzarət edə bilmir, raketlərin kodları Rusiyalı zabitlərin nəzarətindədir, onların bilgisi, və ya əmri olmadan Ermənistandan quş da uça bilməz. Ona görə də Paşinyan gedənə, Kreml öz adamını ora otuzdurana qədər münaqişəni alovlandıracaq, 2) Bizdən tək istəyi var – Türkiyə ilə bu qədər yaxınlaşmayın, “sülhməramlı” adı altında Rusiya qoşununu Azərbaycana buraxın. Hər iki tələb qəbuledilməzdir, nəinki Qarabağa, Azərbaycanın müstəqilliyinə təhdiddir, 3) Bölgədə münaqişə alovlanıb Gəncə, Tovuz, Qazax istiqamətinə təhdidlər davam etdikcə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən bütün boru, kommunikasiya xətləri təhdid altında olur – bu Kremlə çox lazımdır. Onlara “Cənub Qaz” dəhlizinin qeyri-sabit olduğunu, Avropaya qazın təminatında problemlər yaranacağını subut etmək lazımdır – buna görə Tovuz, Gəncə atəş altındadır, məhz buna görə BTC hədəfə gəlir, bu təhdidi yaratmaqla Rusiya “Şimal Axını-2” layihəsinə təzyiqləri azaldır, o layihəyə sanksiyaların tədbiqini mümkünsüz edir, sanki mesaj verir ki, qeyri-sabit boru xəttinə güvənməyin, “Şimakl Axını-2” layihəsinə mane olmayın, yoxsa qış gələn kimi soyuqdan donacaqsınız.

Moskvada 10 saat davam edən danışıqların mənasını məhz yuxarıda yazdığım məsələlərdə axtarmaq lazımdı. Artıq işğalçı Ermənistanla yanaşı, onların yiyəsinin də rolunu qabartmağın vaxtı çoxdan çatıb. Şimaldan gələn ciddi təhdidi Türkiyə üzrəndən gəlməsi mümkün olan güclə - NATO ilə neytrallaşdırmağın vaxtı çatıb. Yubanmadan Azərbaycan-Türkiyə Hərbi Tədris Mərkəzlərinin açılması ilə bağlı müqavilə omzalanmalı, Türkiyənin ölkəmizdə tam hüquqlu iştirakının önü açılmalıdır. Başqa yol görmürəm, artıq bu bizim üçün Vətən Savaşı, həm də müstəqilliyimizin qorunması mücadiləsidir! Ordumuza güvənirik!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar