Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın “Le Monde” qəzeti Gəncədəki erməni terrorundan yazıb

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket atəşinə tutması barədə məqalə dərc edib.

Məqalədə Azərbaycan rəsmi qurumlarına istinadla qeyd olunub ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə 7 nəfər həlak olub.

Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub və nəticədə 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb ” məlumatına da istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar