Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kissincer Dünya Müharibəsinin əlamətlərinin göründüyünü bəyan etdi...

ABŞ və Çin qarşıdurma sərhədlərini müəyyənləşdirməlidir, əks halda dünya Birinci Dünya Müharibəsinə bənzər bir vəziyyətlə üzləşəcək. 

“Bloomberg”in  yazdığına görə, bu sözləri ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer söyləyib.

Dünya şöhrətli diplomat hesab edir ki, ABŞ və Çin aralarındakı "yeni soyuq müharibə" adlandırıla bilən münaqişənin qarşıdurma sərhədlərini müəyyənləşdirməlidir və bunsuz ümumi bir gərginliyi aradan qaldırmaq  mümkün deyil.

“Bunun tamamilə mümkün olmadığını söyləyə bilərsiniz. Ancaq bu tamamilə mümkün deyilsə, özümüzü Birinci Dünya Müharibəsinə bənzər bir vəziyyətdə tapacağıq "- deyə sabiq Dövlət katibi bildirib.

Kissincerin qeyd etdiyi kimi, Vaşinqton ilə Pekin arasındakı mübarizənin səbəbi, geosiyasi mənzərəni dəyişdirən yeni texnologiyaların ortaya çıxması olub. Diplomat ABŞ-ın bir dövlət üçün həm iqtisadiyyatda, həm də strateji sahədə eyni vaxtda hegemonluğu qoruyub saxlamağa davam etmək üçün çox mürəkkəb olan müasir dünyadakı dəyişiklikləri qəbul etmə vaxtının gəldiyinə əmindir.

2019-cu ildə Kissincer ABŞ və Çin arasındakı qarşıdurmanın "dünya müharibələrinin nəticələrindən daha pis" "fəlakətli nəticələrə" səbəb ola biləcəyini söyləmişdi. Bunun qarşısını almaq üçün o, ölkələrə fikir ayrılıqlarını həll etmələrini tövsiyə etmişdi.

İyul ayında Çin Xarici İşlər naziri Vang İ, iki ölkə arasındakı diplomatik əlaqələrin pisləşəcəyi təqdirdə Pekinin Vaşinqtona qarşı sərt və qətiyyətli tədbirlər görəcəyini söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar