Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ müharibəsinin sahəsi genişləndirilir...

ABŞ-İsrail cütlüyünün gündəmi İran-Rusiya-Türkiyə arasındakı maraq və potensial problem sahələrinin genişləndirmək və münasibətlərini zəiflətməkdir. Ermənistan-Azərbaycan münaqişəsi də məhz bu hədəf üçün təhrik edilir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 8 oktyabr 2020-ci il

Erməni işğalı altında olan Qarabağ ətrafındakı bölgələrdə qarşıdurmalar sürətlə davam edir. Bir tərəfdə Minsk Üçlüyünə daxil olan Rusiyanın “məzlum Ermənistan” və “təcavüzkar Türkiyə” mənzərəsi yaradan Paşinyanın dəstək çağırışlarına məhəl qoymamasına şahid oluruq. Bu da Azərbaycana hərəkət azadlığı və zaman qazandırır. Türkiyə və Azərbaycan işğal altındakı torpaqlar azad edilənə qədər əməliyyatları davam et etdirməkdə inadkar görünür.

Prosesləri izləyərkən ABŞ-ın son illərdə izlədiyi siyasətlərə də diqqət yetirmək lazımdır. ABŞ hər nə qədər daxili ictimaiyyətə görə xaotik bir seçkiyə fokuslanmış kimi görünsə də, bu, onu qlobal baxımdan heç də zəiflətməyib. ABŞ-ın qurduğu və sahib olduğu dünya hegemoniyasını qorumaq üçün həyata apardığı siyasətlər heç pozulmur və vaxtlı-vaxtında fəaliyyət göstərməyə davam edir. Elə təkcə Pompeonun son səfərləri bunu sübut edir.

ABŞ-ın əlində saxladığı əsas amillərdən biri də AB-ni bacardığı qədər geriyə çəkməkdir. Bunun üçün Şərqi Avropa, Balkanlar və Yunanıstandan istifadə edir. NATO Baltikdən mərkəzi Krit adası olmaqla, Aralıq dənizinə doğru yeni bir istiqamətə çəkilir. Hədəfi Rusiyanı mühasirəyə almaq və Qara dənizdəki rus hökmranlığını zəiflətməkdir. Aydın məsələdir ki, burada təkcə iqtisadi səviyyədə deyil, həm də siyasi səviyyədə Almaniya-Rusiya ortaqlığına mane olmaq istəyir. Krit, həqiqətdən də önəmli bir yerdir. Bu mühasirəyə Egey dənizi də daxildir. Şimalda da Aleksandroupolis bazası isə bu mühasirəni bağlayır. Deyə bilərik ki, bu proses artıq “itaətsiz” müttəfiq olan Türkiyənin də Şərqi Aralıq dənizindəki təşəbbüsünü təhdid edir.

İkinci olaraq da Rusiyanı Qara dənizdə zəiflətmək üçün Qafqazda Azərbaycan-Ermənistan düyməsinin sıxıldığını görmək olur. Bu, əvvəla Gürcüstanda və Ukraynada başlayan bir təcrübənin davamına işarə edir.

Üçüncü xətt isə Kritdən şimala, Egey və boğazlara gedib çıxan bir mühasirəyə paralel olaraq Kipr, Levant (Suriya) və Mesopotamiyanı (İraq) da əhatə edən bir xətt üzərində yerləşir. Bu xətt həm də İsrailin maraqları ilə uyğunlaşdırılır və Türkiyəni də cənubdan mühasirəyə alır. Bu proses İranın bu regiondan dəf edilməsi, Rusiyanın ağır sanksiyalarla Əsəd rejimindən uzaqlaşdırılması və Suriyada Şimali İraqı da əhatə edən bir PKK dövlətinin qurulmasını əhatə edir. Bu xətt artıq Qırmızı dənizə doğru yeni bir istiqamət qazanır və Ərəbistan yarımadası ilə Hindistan dənizinə qovuşur.

Son təhlildə digər bir məsələ də Liviyadır. Bu, Afrikadakı təsir məsələsinin mərkəzində düşünülməlidir. Ancaq 3 xətt üzərində düzülmüş dövlətlərin çoxunun (İran xaric) burada da mövcud olması Liviya prosesini Levant, Mesopotamiya və Qafqazda baş verən hadisələrin üzərinə əlavə edir.

ABŞ və İsrailin mərkəzdə olduğu siyasətlər ərəb dünyasında çox uğurlu olub. Ərəb dünyasını əzir və istədiyini etdirə bilir. Türkiyə və İran isə buna qarşı çıxmağa çalışır. Artıq aydın görünür ki, ABŞ-İsrail cütlüyü bu iki tarixi dövlətə diz çökdürmək istəyir. Rusiya isə üzərindəki təzyiqi İran və Türkiyə ilə qurduğu nizama uyğun balanslaşdırmağa çalışır. ABŞ-İsrail cütlüyü bunu da başa düşür. Əsas gündəmləri bu üç dövlət arasındakı maraq və potensial problem sahələrinin genişləndirmək və münasibətlərini zəiflətməkdir. Ermənistan-Azərbaycan münaqişəsi də məhz bu hədəf üçün təhrik edilir.

Rusiya bir dilemma ilə üz-üzədir. Qərbyönümlü Paşinyan Ermənistanda “rəngli inqilab” edərək hakimiyyətə gətirildi. Sual olunur: Rusiyaya qeyd-şərtsiz bağlı olan bir rəhbərlik Azərbaycana hücum etsəydi, Rusiya bu qədər susardımı? Lakin Ermənistandakı Qərb tərəfdaşlığının ləğvi edilməsi üçün Azərbaycanın Türkiyənin dəstəyi ilə apardığı əməliyyatlara səs çıxara bilmir. Ancaq inkişaf etməkdə olan Azərbaycan-Türkiyə ittifaqına görə son dərəcə narahat olduğu bəllidir.

Digər tərəfdən, İran da çıxılmaz vəziyyətdədir. Müsəlman Azərbaycana qarşı açıq şəkildə Ermənistanı dəstəkləyə bilmir. Amma Türkiyə-Azərbaycan ittifaqının dərinləşməsi İranı da çox narahat edir. Ona görə, Ermənistanı gizlincə dəstəkləməyə çalışır.

Mənzərəyə uzaqdan baxdıqda görünür ki, Ukraynada Krım, Suriyada İdlib, Liviyada isə Sirt vasitəsilə Türkiyə-Rusiya gərginliyindən böyüyür. Rusiya-İran əlaqəsi İsrailin təzyiqi ilə zəifləyir. İndi bu üç dövlət Azərbaycan üzərindən yeni bir yola girib. Paşinyan isə ona öyrədilmiş sətrləri təkrarlayır və müharibəni böyütmək üçün əlindən gələni edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar