Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Rusiya ərazisinə orta mənzilli raket atıb

Dağıstanın Aqul rayonuna naməlum bir raket düşərək partlayıb.

“Budni Kavkaza” portalı xəbər verir ki, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.

Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Partlayış nəticəsində 15-20 metr diametrində bir krater əmələ gəlib.

Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.

Hal-hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur. (Report)

Xatırladaq ki, Aqul rayonu Dağıstanın cənubunda yerləşir. Onun ərazisində 10 mindən çox sakin yaşayır.

Onu da əlavə edək ki, oktyabrın 4-də Ermənistan silahlı qüvvələri XızıAbşeron rayonlarına iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atmışdı. Böyük ehtimalla işğalçı ölkə hərbi obyektləri deyil, mülki əhalinin yaşadığı obyektləri hədəfə alıb hara gəldi raket atarkən, Rusiya Federasiyasının subyekti olan Dağıstan Muxtar Respublikasının ərazisini də təsadüfən vurub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar