Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın basqısı ilə Qarabağda hərbi əməliyyatlar dayandırıla bilər?

İndiki şəraitdə hərbi əməliyyatlar dayandırılarsa, problemin diplomatik yolla öz həllini tapacağına ümid etmək olar?..

Politoloq: “İndiki şəraitdə Rusiyanın birbaşa basqısı altında hərbi əməliyyatların dayandırılması istisnadır”

“Hərbi əməliyyatlar məsələsində kimlərsə Azərbaycana təzyiq etmək istəyəcəklərsə, bu birmənalı olaraq onların Azərbaycanı itirməsi ilə nəticələnəcək”.

Bu sözləri politoloq Zaur Məmmədov Rusiyanın birbaşa basqısı altında Qarabağda hərbi əməliyyatlar dayandırıla bilmə ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

ErmənistanAzərbaycan arasında on gündür ki, döyüşlər gedir və hər iki tərəfdən həm mülki, həm də hərbi itkilər var.

Cəbhədə döyüşlər şiddətlə başlası və bu günə qədər də şiddətlə davam edir. Azərbaycan ordusu işğal altında olan ərazilərimizi düşməndən təmizləməkdədir. Bu vaxta qədər isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri döyüşün dayandırılması üçün müxtəlif bəyanatlar veriblər. Həmçinin ATƏT-in həmsədr ölkələri ABŞ, Rusiya və Fransa prezidentləri münaqişə tərəflərindən atəşi dayandırmağı və danışıqlar masasına geri döznməyi tələb edən bəyanatı yayılıb.

Bildiyimiz kimi dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəldi və prezident İlham Əliyevlə görüşdü. Bu görüşdə də danışıqların əsas predmeti cəbhə xəttində baş verənlər oldu. Çavuşoğlunun səfər xəbərindən sonra isə Rusiyanın baş naziri Mixail Mişustin sabah Ermənistana səfər edəcəyi rəsmi təsdiqini tapdı.

Mişustinin səfərindən sonra Rusiyanın birbaşa basqısı altında Qarabağda hərbi əməliyyatlar dayandırıla bilərmi? Ümumiyyətlə indiki şəraitdə hərbi əməliyyatlar dayandırılarsa, ümid etmək olarmı ki, problem öz həllini diplomatik yolla tapacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Artıq Ermənistan cəmiyyəti sürətlə siyasi parçalanmaya doğru gedir. Cəbhədə aldığı məğlubiyyətlər fonunda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prossesi gedəcək”.

Rəsmi Bakının beynəlxalq hüquqdan istifadə edərək öz torpaqlarında hərbi əməliyyatları keçirməyə davam etdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycan hərbi əməliyyatların keçirilməsində və torpaqların işğaldan azad olunmasında israrlıdır:

“İndiki şəraitdə Rusiyanın birbaşa basqısı altında hərbi əməliyyatların dayandırılması istisnadır. Çünki artıq Cənubi Qafqazda geosiyasi durum dəyişib. Həmçinin də Azərbaycan tək deyil. Bir Cənubi Qafqaz proseslərində Türkiyənin fəal şəkildə iştirak etdiyinin şahidiyik.

Hərbi əməliyyatlar məsələsində kimlərsə Azərbaycana təzyiq etmək istəyəcəklərsə, bu birmənalı olaraq onların Azərbaycanı itirməsi ilə nəticələnəcək. Rəsmi Bakı beynəlxalq qanunların verdiyi hüquqdan istifadə edərək öz torpaqlarında hərbi əməliyyatları keçirməyə davam edir. Azərbaycan hərbi əməliyyatların keçirilməsində və torpaqların işğaldan azad olunmasında israrlıdır.

Azərbaycan bundan əvvəlki kimi yenidən Ermənistanın daxilində hakimiyyətin dəyişilməsinin münaqişəsinin nizamlanmasındakı acı nəticələrini çox yaxşı bilir. 2018-ci ildə Serj Sarqsyan danışıqlarda ətraf rayonları qaytarmalı olduğu halda hakimiyyətdən getdi və hakimiyyətə Paşinyan gəldi. O hakimiyyətə gəldikdən sonra öz rəqiblərinə və Rusiyaya qarşı addımlar atmağa başladı. Artıq Ermənistan cəmiyyəti sürətlə siyasi parçalanmaya doğru gedir. Cəbhədə aldığı məğlubiyyətlər fonunda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prossesi gedəcək. Bu prosses Azərbaycan üçün heç nəyi dəyişməsə də düşmənin daxildəki sarsıntılatrını artıracaq və düşməni daha da zəiflədəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar