Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gilan Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

Ölkənin ən iri holdinqlərindən olan “Gilan Holding” cəbhədə mübarizə aparan ordumuza dəstək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1.000.000 manat ianə edib.

“Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün qorunması və işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə əldə olunan inamlı qələbələr son günlər dünya ictimaiyyətində və KİV-də ən əsas müzakirə mövzusuna çevrilmişdir. Ordumuzda xidmət edən Mübarizlərin qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və tarixi qələbələrimizin sədası bütün dünyaya yayılmaqdadır. Şanlı Azərbaycan Ordusu ilə qürur duyuruq! Bu münasibətlə xalqımızı təbrik edir, tarixi missiyamızda iştirak edən hər bir kəsə uğurlar diləyirik!” - deyə “Gilan Holding”dən bildirilib.

Məlumat üçün bildiririk ki, “Gilan Holding” Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına cəlb edilən əməkdaşlarına əmək haqlarını 2 qat ödəyir. Bu həmin əməkdaşların xidmət etdikləri dövr ərzində davam edəcək.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar