Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təmas xəttində raket, metroloji radiopelenqator, mərmi qalıqları aşkarlandı - ANAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Tərtər, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 78 (yetimmiş səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç) müraciət daxil olub.

ANAMA-dan bildirilib ki, daxil olmuş 81 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Cəfərbəyli, Hacılar, Ağgöl, Şənlik, Sarıcalı, Ağabəyli, Hacıbədəlli, Boyat, İmamqulubəyli kəndləri, Ağdam rayonunun Bənövşələr qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Şahvəlilər, İmamqulubəyli kəndləri, C.Məmmədquluzadə, S.Vurğun, Təbriz küçələri və H.Əliyev prospekti, Beyləqan rayonunun Ağamir küçəsi və Təzəkənd kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Dördüncü Zobcuq qəsəbəsi və Şükürbəyli kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Nizami və Qızılhacılı kəndləri, Tərtər rayonunun V.Orucov küçəsi, Şəmkir rayonunun Sabirkənd kəndi, Zərdab rayonunun Məlikli kəndi, Gəncə və Mingəçevir şəhəri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 64 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 15 ədəd partlamamış hərbi sursat (PHS) partlayış yolu ilə zərərsizləşdirilmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar