Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qələbə bizimdir, zəfər bizimdir: Dünən Suqovuşan, bu gün Cəbrayıl, sabah Şuşa...

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ böyük Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə -1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kvadratkilometr ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da həmin ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XIX əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır.

PİA.az bildirir ki, bu fikirləri Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YAP Qaradağ rayon təşkilatı Siyasi Şurasının üzvü, Qadınlar Şurasının sədr müavini Nurlanə Əliyeva söyləyib.

O, bildirib ki, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaq­larına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış­dır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSRİ-nin rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin ortalarından SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.

Həmin fəaliyyətin tərkib hissəsi olaraq, 1987-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, onlardan 216 nəfər vəhşicəsinə qətlə yeti­rilib, 1154 nəfər isə yaralanmışdır.

1988-ci il fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə birləşdirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. İki gün sonra isə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə, həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Münaqişə gündən-günə daha da genişləndi və Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Res­publikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon işğal olundu.

Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi nəticəsində 1 milyon­dan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə – Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağ­lı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavəng mo­nastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağaraları və Xocalıda tunc və dəmir dövrünə aid kurqanlar daxildir.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlar­dan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında böyük bərpa və qu­ruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur.

Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib, ağır artilleriya qurğuların­dan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yeti­rilmiş, bir nəfər isə ağır yaralanmışdır.

Daha sonra 2020-ci il iyul ayının 12-də günorta saatlarında Ermənistan tərəfinin növbəti təcavüzkar həmləsi işğal altında olan torpaqlarımızda deyil, AzərbaycanErmənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində oldu. Ermənilər bu dəfə hədəf kimi Azərbaycan üçün strateji əhəmiyyətə malik olan bölgəmizə hücüm etmək niyyəti ilə öz işğalçı siyasətlərini bir daha sübut etdilər. Lakin buna baxmayaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən adekvat cavab atəşləri ilə susdu­ruldu.

Erməni siyasi hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 6-00 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Bu, artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli ordumuz tərəfindən əks həmlə ilə düşmən ordusu nəinki susduruldu həm də, işğalda olan FüzuliCəbrayıl rayonlarındakı 7 kəndimiz, Murovdağ zirvəsi, Suqovuşan (Modagiz) ətrafındakı yüksəkliklər ordumuz tərəfindən işğaldan azad edildi.

Ötən gün Cəbrayılın rayon mərkəzinin və bir neçə kəndinin erməni işğalından azad edilməsi Böyük Qələbənin növbəti müjdəsi oldu. Bu Qələbədə payı olanlar dünyanın ən xoşbəxt insanlarıdır. Tanrı əsgər və zabitlərimizə xalqımızı yeni Qələbələrlə sevindirməyi nəsib etsin! Azərbaycan Ordusuna, Azərbaycan xalqına yalnız Qələbə yaraşır!
İnanırıq ki, tez bir zamanda şanlı Azərbaycan Bayrağı işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.

"Ermənistan hökumətinə deyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və "Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, "Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur”, - deyə dövlətimizin başçısı əlavə edib.

"Qələbə bizimdir, zəfər bizimdir!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan Xalqı!

Var olsun, Azərbaycan Ordusu!

Ali Baş Komandan, Biz hər zaman Sizinləyik.

Xoş soraqlı, müjdəli xəbərləri hər zaman eşitmək istəyirik.

Biz Sizinlə fəxr edirik, güclü, şanlı ordumuz!

Zəfər bizimdir, Azərbaycan!" - Bu gün hər kəsin dilindən bu sözlər eşidilir.

Arzu edirik ki, uğurlarımız davamlı olsun!

Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Kəlbəcərdə... qələbə bayraqlarımız dalğalansın!

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş

Komandanı cənab İlham Əliyevin sözləri ilə desək, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar