Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağdakı vəziyyət barədə Xarici İşlər nazirlərinin birgə bəyanatını hazırlayır.
PİA.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, bəyanatın hazırlanması ilə yanaşı, həm də qan tökülməsinin qarşısının alınması və vəziyyətin danışıqlar müstəvisinə qayıtması üçün konkret addımlar barədə fikirləşmək lazımdır.
pia.az