Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın “qəmbərqulu”larla dolu "sülhməramlı” təşəbbüsü

“Hərbi əməliyyatların dayandırılmasından sonra və yalnız demokratik hökumətlər arasında kompromislər mümkündür”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun Dağlıq Qarabağda apardığı antiterror əməliyyatını şərh edərkən deyib.
 
O, “Əl-Cəzirə” telekanalına müsahibəsində vurğulayıb ki, Dağlıq Qarabağa ATƏT-in Minsk qrupu çərçivəsində xüsusilə Rusiya sülhməramlılarının yerləşdirilməsi münaqişənin qlobal həlli kontekstində atılmış mühüm addım ola bilər.
 
Ermənistan Baş naziri niyə xüsusilə Rusiya sülhməramlılarına üstünlük verdiyinə isə belə aydınlıq gətirib: “Ermənistanın təhlükəsizliyi məsələsində Moskvanın qarşılıqlı öhdəlikləri var. Bundan başqa, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir”.
 
Elədirsə, o zaman Azərbaycan niyə öz ərazisində Ermənistan qarşısında hərbi öhdəliyi olan dövlətin sülhməramlılarını yerləşdirməlidir? Bu, təklif nə qədər ədalətlidir və absurd ideyalar necə demokratik dəyərlərlə əsaslandırıla bilər? Nə yazıq ki, “Əl-Cəzirə” jurnalisti Paşinyana bu sualları ünvanlamağı “unudub”, Ermənistanın Baş naziri isə sözügedən müəmmalara aydınlıq gətirmək istəməyib.
 
Paşinyan onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, BMT-nin baş katibi Antoniu Quterriş, İran Prezidenti Həsən Ruhani ilə telefonda iki dəfə söhbət edib.
 
Bəs, hansı haqla? Axı qondarma “DQR”, rəsmi İrəvanın iddiasına görə, Ermənistana bağlı olmayan “müstəqil dövlət”dir. O zaman həmin “müstəqil dövlətin” məsələsini niyə öz “rəsmiləri” deyil, İrəvan beynəlxalq ictimaiyyət qarşısında qaldırır?
 
Paşinyanın fikrincə, bu hüquq Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı kimi çıxış etməsindən qaynaqlanır və indiki gərginlik guya Azərbaycanın Dağlıq Qarabağdakı dinc yaşayış məntəqələrini atəşə tutulması ilə başlayıb: “Bu günün əsas vəzifəsi isə  “təcavüzkarı” dayandırmaq olmalıdır. Yalnız bundan sonra danışıqlara başlamaq mümkündür”.
 
Amma Paşinyanın danışıqlar məsələsində də kəşf etdiyi “çox önəmli bir qəmbərqulu”su var. Onun fikrincə, Azərbaycandakı mövcud rejim avtoritardır və belə rejimlər kompromislərə köklənməyib, yalnız demokratik yolla seçilmiş hökumətlər güzəştə getməyə qadirdirlər. Başqa sözlə, o, Dağlıq Qarabağ məsələsini indiki hakimiyyətlə heç müzakirəyə çıxarmaq belə, istəmir. 
 
"Təsadüfi deyil ki, Azərbaycan Prezidenti mənim bəyanatlarıma militarist ritorikası ilə cavab verir", - deyə Paşinyan bildirib.
 
Farslar demişkən, “xeyli xub”. Bəs Putin Rusiyası siyasi xaraktercə hansı kateqoriyalı dövlətlər sırasındadır? Nə əcəb “demokrat” Paşinyan Dağlıq Qarabağ problemin həllini avtoritar lider tərəfindən idarə olunan Rusiyanın sülhməramlılarının ixtiyarına vermək istəyir?
 
Paşinyan onu da unudur ki, ərazi bütövlüyü məsələsi siyasi xarakterindən asılı olmayaraq bütün hökumətlərin 1 nömrəli prioritetidir və Dağlıq Qarabağda döyüşən hansısa hakimiyyət yox, xalqdır. Xalqın bu iradəsi qarşısını heç bir qüvvə ala bilməz. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar