Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrədə Ermənistanın son hərbi təcavüzü ilə əlaqədar silsilə çağırışlar

Ermənistanın hərbi cinayətlərinin və ölkəmizə qarşı apardığı xain hücum siyasətinin ifşa edilməsi istiqamətində İsveçrə Xarici İşlər Nazirliyinə, İsveçrə Parlamentinə - Parlamentin Yuxarı Palatasının (Senat) Prezidenti Hans Stökli, Aşağı Palatasının (Konqresin) Prezidenti İzabel More, İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İsveçrə Parlamentinin Aşağı Palatasının üzvü, habelə Montrö şəhərini meri, İsveçrədə tanınmış siyasətçi Loran Verliyə, İsveçrə Konfederasiyasının 26 kantonunun hökumət başçılarına (prezidentlərinə) Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova tərəfindən silsilə çağırışlar edilib və görüşlər keçirilərək İsveçrənin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tanıdığını nəzərə almaqla Ermənistanın işğalçı siyasəti və hərbi təcavüzünün qınanılması xahiş olunub.

Azərbaycanın İsveçrədəki Səfirliyindən bildirilib ki, Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ermənistan bu qətnamələrə və qərarlara məhəl qoymur. Təəssüf ki, həmin sənədlər həyata keçirilməmişdir və kağız üzərində qalmışdır.

Ermənistanın yuxarıda qeyd edilən beynəlxalq təşkilatların tələblərinə məhəl qoymamasının növbəti bariz nümunəsi kimi cari ilin 27 sentyabr tarixindən bu işğalçı dövlətin Azərbaycana qarşı başlatdığı məkrli və xain hərbi təcavüzünü qeyd etmək lazımdır. Ermənistanın yeni təcavüz aktı cari ilin Ermənistan ordusu tərəfindən Tovuz rayonuna hücumlarının, habelə Ermənistan ordusuna məxsus diversiya-kəşfiyyat təxribatının davamıdır. Bu hərbi təcavüz nəticəsində mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.

Son aylarda Ermənistan dövləti tərəfindən ölkəmizə qarşı aparılan təcavüz siyasətinin əsas məqsədlərindən biri əhalinin diqqətini ciddi sosial, iqtisadi və siyasi problemlərdən diqqəti yayındırmaq, eləcə də status-kvonu saxlamaqla torpaqlarımızın işğalını davam etdirməkdir.

Ölkə rəhbərimiz dəfərlərlə beynəlxalq kürsülərdən Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması barədə bəyanatlar vermiş, münaqişənin sülh yolu həll edilməsi ilə bağlı çağırışlar etmiş və münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsini ifadə etmiş, habelə son olaraq BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında video-formatda çıxış edərək dünya dövlətlərinin liderlərini Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə məlumatlandırmışdır. Dünya dövlətləri Azərbaycanın ölkəmizin ərazi bütövlüyünü tanısa da, təəssüflər olsun ki, bir çox hallarda Ermənistan tərəfindən həyata keçirilən hərbi və siyasi cinayətləri görməzdən gələrək Paşinyanın sərsəm bəyanatlarına adekvat reaksiya verməmiş və beləliklə, Ermənistanın cəzasızlıq hissiyatının gücləndirilməsinə töhfə vermişdir.
Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir.

Ermənistanın son təcavüz aktları faktiki olaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını iflic vəziyyətinə saldı. Belə olan halda Azərbaycan BMT Nizamnaməsinə müvafiq olaraq qanuni şəkildə özünümüdafiə hüququndan istifadə edərək Ermənistan hərbi təcavüzünü qarşısın alınması və öz əhalisini qorumaq məqsədilə adekvat əks-hücum və cavab tədbirləri görməyə başlamışdır.

Bildirilmişdir ki, yaranmış vəziyyətə və hadisələrin inkişafına görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

pia.az 


Etiket: Cəbhə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar