Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə SOCAR-la Qara dənizdə qaz yataqlarını birgə işləyə bilər

Türkiyənin TPAO şirkəti (Türk Petrol Birliyi) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qara dəniz ərazisindəki təbii qaz yataqları layihəsinin işlənməsində əməkdaşlıq edə bilər.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, daha əvvəl Rusiyaİran şirkətləri ilə potensial iş birliyini müzakirə edən Ankara hər iki ölkə ilə Suriya başda olmaqla bir çox məsələdə ziddiyyətli münasibətdə olması, həmçinin hər iki ölkədən təbii qaz aslılığını azaltmağa çalışması Türkiyəni bu layihədə Azərbaycanla əməkdaşlığa yönəldə bilər. Bundan başqa, Türk şirkətlərinin bu cür mürəkkəb və bahalı layihələrdə dost dövlətlərin şirkətləri ilə əməkdaşlıq etməsi ehtimalı daha yüksəkdir, məlumatda deyilir.

Belə ki, TPAO artıq Xəzər dənizindəki neft yataqlarının işlənməsi və hasilatı layihələrində SOCAR ilə tərəfdaşlıq edir. Xüsusən son dövrlərdə SOCAR-ın Türkiyənin təbii qaz tədarükündə getdikcə artan payı neft və qaz sektorunda da asanlıqla əməkdaşlığa çevrilə bilər.

Qeyd edək ki, TPAO, bu cür dərin su layihələrini idarə etməkdə böyük təcrübəyə malik olan Qatar Petroleum ilə də ortaq ola bilər. Türkiyə rəsmiləri artıq belə bir ehtimal irəli sürüblər. Bu ilin mart ayında Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu, Ankaranın Aralıq dənizində təbii qaz yataqlarının işlənməsində Malayziya, İngilisQətər şirkətləri ilə əməkdaşlıq etməyi düşündündüklərini bildirmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar