Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov: "Heç olmasa indi ayılaq"

"Bu gün müharibə tək ön cəbhədə getmir. Müharibəni bu gün hamımız həm də arxa cəbhədə hiss etməli və hər birimiz bacardığımızı etməliyik. Çox demirəm, Ordumuz ön cəbhədə etdiyinin yarısını arxa cəbhədə edək. Arxa cəbhədə isə görüləcək saysız-hesabsız işlər var".

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, birinci növbədə ön cəbhədə olan əsgər və zabitlərimizin ailələrinin yanında olmaq, onları ruhlandırmaq, dayaq olmaq, bütün ehtiyaclarını ödəmək bizim hər birimizin borcumuzdur: "İmkanı olan hər kəs Orduya maddi yardımını davam etməlidir. Bu, heç də Ordunun bu gün bizim maddi yardımımıza ehtiyacından gəlmir. Ancaq hesabda pul olanda Orduda xidmət edənlərə də diqqət yüksələcək. Ən əsası, həmişəki kimi ermənilərdən təbliğatda geridəyik. Tək ölkə daxilində yox, bu gün ən vacibi ölkə xaricində aparılan təbliğatdır. Baş verənləri bütün dünyaya çatdırmalıyıq. Bu gün hər birimiz özümüzü əsgər hiss etməliyik. Bircə faktı qeyd edim. Dünən Rus xalqına öz dillərində müraciətim oldu. Bu dəqiqələrə 120 min nəfərdən çox baxılıb və 1500-dən artıq şərh var. Bir azərbaycanlı səhifəsində paylaşılan videoya şərh yazanların əksəriyyəti ermənilərdir. Bunu necə başa düşüm, necə irad bildirməyim?! Bax, biz belə mürgüləyə-mürgüləyə bu günə düşdük, heç olmasa indi ayılaq və bilək ki, təbliğatdan çox şey, həm də bizim gələcəyimiz asılıdır.

Bu gün onlarla böyük səhifələr var. Hansınınsa bu müraciəti paylaşdığını görmədim. Bu gün mənim - sənin olmamalıdır. Bu, milli məsələdir".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar