Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” Avropa Liqasının qrupunda ən çox oynayan komandalar siyahısına düşüb

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ən çox oynayan komandalar siyahısına düşüb.

PİA.az Apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu cari mövsümdə də qrupa vəsiqə qazanmaqla 6-cı dəfə bunu bacarıb.

İlk belə uğuru 2014/15 mövsümündə gerçəkləşən ağdamlılar sonrakı iki ildə də bunu təkrarlayıb. 2017/18 mövsümündə digər - daha nüfuzlu Çempionlar Liqasında qrup həyəcanı yaşayan "Qarabağ" sonrakı üç ildə yenidən Avropa Liqasının əsas mərhələsində oynayıb.

2009/10 mövsümündən indiki formatda keçirilən yarışda ən çox qrupa düşən 25 klubdan biri "Qarabağ"dır. "Tottenhem" (İngiltərə), "Braqa" (Portuqaliya), "Dinamo" (Z, Xorvatiya), "Atletik" (İspaniya), "Beşiktaş" (Türkiyə), "Brügge", "Anderlext" (hər ikisi Belçika), "Rusenborq" (Norveç) və "Partizan" (Serbiya) da eyni göstəriciyə malikdir.

Qurban Qurbanovun yetirmələri yalnız 15 komandadan geri qalır. Təmsilçimiz bu göstəricidə 16-cı yerə şərikdir.

Rekord 5 kluba məxsusdur. "Latsio" (İtaliya) və "Zalsburq" (Avstriya) cari mövsümədək 8 dəfə bunu bacarmışdısa, "Vilyarreal" (İspaniya), PSV (Niderland), "Rapid" (Avstriya) bu il rekordu təkrarlayıb.

10 komanda isə 7 dəfə qrupda oynayıb. Bunlar "Alkmaar" (Niderland), "Standard" (Belçika), "Yanq Boyz" (İsveçrə), PAOK (Yunanıstan), "Sparta" (Çexiya), "Seltik" (Şotlandiya), "Sportinq" (Portuqaliya), "Dinamo" (K, Ukrayna), "Styaua" (Rumıniya) və "Kopenhagen"in (Danimarka) tarixində Avropa Liqasının 7 qrup mərhələsi var.

Düzdür, bəzi komandalar sonradan Çempionlar Liqasının qrup 3-cüsü kimi Avropa Liqasına da gəlib. Bunun sayəsində "Zalsburq", "Ayaks" və "Sportinq" 9 dəfə ikinci dərəcəli klub turnirində oynayıb. Lakin onlar heç də həmişə Avropa Liqasına qrup həyəcanı yaşamayıb.

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar