Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsinin sədri azərbaycanlı ziyalılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan elmini və mədəniyyətini xarici ölkələrdə təmsil edən bir sıra ictimai xadimlərlə görüş keçirilib.

PİA.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatırılmasında alimlərin, ictimai xadimlərin rolundan danışıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev azərbaycanlı alimlərin beynəlxalq əlaqələrinin genişliyi, diasporumuzun informasiya müharibəsində qazandığı uğurlar və son illər Komitənin fəaliyyətinin keyfiyyət göstəricilərinin yüksəlməsi barədə danışıb.

Azərbaycan-Skandinaviya Əməkdaşlığı İctimai Birliyinin sədri Bəhram Atabəyli görüş iştirakçılarının diqqətinə çatdırıb ki, hələ uzun illər öncə, konsul işləyərkən, Vaşinqtonda görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşüb. O, qeyd edib ki, o vaxt ümummilli lider diasporun formalaşmasının əhəmiyyəti barədə danışaraq bu işin əsas hədəflərdən biri olduğunu deyirdi. Biz bu gün ulu öndər H.Əliyevin ideyalarının reallaşdığının, diasporumuzun formalaşdığının və mütəşəkkilliyin artdığının şahidi oluruq.

Görüşdə çıxış edənlər cəbhəyanı zonada baş verənlər, ümumilikdə Ermənistanın təxribatları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatırılması, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi üçün əllərindən gələni edəcəklərini, bu işi sistemli və ardıcıl aparacaqlarını bildiriblər.

Elm və mədəniyyət xadimləri müxtəlif təkliflər irəli sürüb, belə görüşlərin davamlı keçirilməsinin daha yaxşı nəticələrə gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar