Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Vitse-prezidenti: “Azərbaycan əks-həmlə əməliyyatını ərazi bütövlüyünü bərpa etmək üçün icra edir”

Ermənistan Azərbaycan torpaqlarını işğal edib”.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O bildirib ki, Ermənistan bu regionda sülh və sabitliyin önündə ən böyük əngəl olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.

F. Oktay sentyabrın 27-də Ermənistan tərəfindən başladılan hücumların Tovuzda törədilən təxribatların davamı olduğunu vurğulayıb. 

Türkiyənin Vitse-prezidenti qeyd edib ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə 28 ildir davam edən erməni işğalına son qoyulması üçün konkret addımlar atılmayıb: “Ermənistanın artan təxribatları və Azərbaycan torpaqlarına hücumları qardaş ölkənin səbrini daşırıb. Azərbaycan beynəlxalq hüquqa söykənərək özünü müdafiə etməyə məcbur olub. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan əks-həmlə əməliyyatını beynəlxalq səviyyədə tanınmış ərazilərində xalqını qorumaq, ərazi bütövlüyünü, sülhü və sabitliyi bərpa etmək üçün icra edir”.

F. Oktay bildirib ki, başda ATƏT-in Minsk Qrupunun həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyət Ermənistana işğal etdiyi torpaqlardan çıxmaqla bağlı lazımi təzyiq göstərməlidir. O, Türkiyənin işğala məruz qalan Azərbaycanın yanında olduğunu bir daha bəyan edib: “Beynəlxalq hüququn və ədalətin Azərbaycanın tərəfində olduğu bu müddətdə Azərbaycana dəstəyimizi tarixi qardaşlıq bağlarımızdan gələn bir məsuliyyət olaraq görürük, eyni zamanda 28 ildir erməni işğalından acı çəkən qardaşlarımızın yanında olmağı vicdani bir zərurət kimi qiymətləndiririk”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar