Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-lı məmurllar: "Suriyalıların Qarabağda döyüşməsi barədə kəşfiyyat məlumatları yoxdur"

"Suriya üsyançılarının Dağlıq Qarabağda yerləşdirilməsini təsdiqləyən informasiya və ya kəşfiyyat məlumatları mövcud deyil".

“Report” xəbər verir ki, bunu Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur anonimlik şəraitində “Turan”ın Vaşinqtondakı müxbirinə bildirib.

Məlumata görə, həmin məmurlar “hərbi əməliyyatlarda iştirak etmək üçün əsasən Suriya, Livandan Dağlıq Qarabağ zonasına qanunsuz silahlı birləşmələrin çıxarılması” barədə Rusiya XİN-in çərşənbə günü yaydığı məlumatı belə şərh ediblər.

Bundan başqa, Dövlət Departamentinin yüksək vəzifəli məmuru "Türkiyənin F-16 təyyarəsinin ermənilərin hərbi təyyarəsini vurması" barədə Ermənistan XİN-in bəyanatını təsdiqləməyib:

“Bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda məndə bunu təsdiqləyəcək heç bir fakt yoxdur”.

Qeyd olunub ki, bu həftənin əvvəlində dövlət katibi Mayk Pompeonun Yunanıstana səfərindən sonra Dövlət Departamentinin yüksək vəzifəli məmuru türkiyəli həmkarları ilə görüşmək üçün iki günlüyə Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər edəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional məsələlərin müzakirə ediləcəyi vurğulanıb.

pia.az`


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar