Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar

“Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ölkəmizə qarşı keçirilən kiberhücumları fasiləsiz olaraq nəzarətdə saxlayır”.

PİA.az-ın məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov ASAN radioya açıqlamasında bildirib.

O, qeyd edib ki, aparılan monitorinqlər və əldə olunan kiberkəşfiyyat məlumatlarına əsasən, ermənilərin bir sıra istiqamətlərdə kiberbatalyon adlandırdıqları kiberqruplar formalaşdırdıqları məlum olub:

“Nəzarətə götürülmüş bu kiberqruplar qapalı forumlardan və qapalı teleqram kanallarından koordinasiya olunur. Aparılan müşahidələr kiberhücumları həyata keçirən bu qrupların formalaşdırılmasının qabaqcadan həyata keçirildiyini deməyə əsas verir. Bu da ermənilərin silahlı hücumlarla yanaşı kiberhücumlara da öncədən hazırlaşdırıldığını bir daha sübut edir. Bu kiberqruplaşmalar əsasən dövlət qurumları, bank, media və individual istifadəçiləri hədəfə alıb”.

T.Məmmədov qeyd edib ki, erməni hakerləri texniki əməliyyat istiqaməti olaraq 4 qrupa bölünüblər. Bunlar dodos hücumlarını həyata keçirənlər, kibermüdaxilə fəaliyyətini həyata keçirənlər, elektron poçtlara, sosial hesablara və nömrələrə saxta yoluxdurucu fişinq hücumları həyata keçirənlər və saxta profillərlə erməni dezinformasiya siyasətinin yayılmasının təmin edənlərdir.

O, bütün vətəndaşları kütləvi kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı ayıq-sayıq olmağa, tanınmayan keçidlərə, tətbiq və zənglərə keçid etməməyə çağırıb və bildirib ki, ölkənin kibertəhlükəsizliyi üçün bütün müdafiə tədbirləri koordinasiyalı şəkildə həyata keçirilir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar