Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiyanın Baş prokuroru Kamran Əliyevə məktub göndərib

Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.

Oktyabrın 1-də Rusiya Federasiyasının Baş prokuroru rəsmi məktubla cavab verərək hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Həmçinin Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqeyini də bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulamışdır.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

loading...

Ən çox oxunanalar