Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hava nəzarətini Türk Hava Qüvvələrinə təhvil verib? - Ermənilərin iddiasına ekspertdən cavab

Hərbi ekspert: “Ermənistanda Türkiyəni Qarabağ müharibəsinə bulaşdırmaq istəyirlər. Türkiyə Azərbaycanın apardığı ədalətli müharibədə bizə açıq dəstək versə də, nə Qarabağda, nə də Qarabağdan kənarda Türkiyə ordusunun mənsubları iştirak etmir”.

Azərbaycan əcəb edib Dağlıq Qarabağa hücum əməliyyatında hava nəzarətini Türk Hava Qüvvələrinə təhvil verib. Ermənistan işğalçıdır və torpaqlarımızı işğal edib. İndi də Qarabağla bağlı görə biləcəyi bir iş olmadığına görə yalandan informasiyalar yayırlar”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərli Azərbaycanın Dağlıq Qarabağa hücum əməliyyatında hava nəzarətini Türk Hava Qüvvələrinə təhvil verməsi iddiaaını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində bildirib ki, Azərbaycan Dağlıq Qarabağa hücum əməliyyatında hava nəzarətini Türk Hava Qüvvələrinə təhvil verib.

“Səhər saat 10: 00-dan etibarən Türkiyənin F-16 və Azərbaycan Hava Qüvvələrinin SU-25 təyyarələri Martakerti, xüsusilə mülki obyektləri birlikdə bombaladı. Onların hərəkətləri Türkiyənin Erzurum şəhərində yerləşən "E7T" komanda mərkəzindən idarə edilir. Türkiyə Hərbi Hava Qüvvələrinin rəhbərliyinin də təyyarələrdə olması istisna deyil”,-Stepanyan dünənki statusunda bildirib.

Maraqlıdır ki, Stepanyan Azərbaycan ordu birləşmələrinin Hadruta qədər gəldiyini də gizlətməyib. Hadrutun Cəbrayil və Füzulidən qərbdə yerləşdiyini nəzərə alsaq, Stepyanın bu etirafı həmin bölgələrə nəzarətin milli ordumuzda olduğunu təsdiqləyir. Belə ki, məlum statusda bildirilir: “Bundan əlavə, Türkiyənin qırıcı təyyarələrinin atəşinə birbaşa nəzarəti Hadrut bölgəsinin sərhədindən müəyyən  dərinlikdə yerləşən bir Türk İHA komanda məntəqəsi həyata keçirir”.

Sözsüz ki, İHA komanda məntəqəsi yalnız nəzarətə götürülən ərazilərdə yerləşdirilə bilər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün bu etirafı əslində erməni ictimai rəyinin böyük məğlubiyyətə hazırlamaq cəhdi kimi qiymətləndirilə bilər.

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Paşinyan hakimiyyəti yaxşı bilir ki, bu məğlubiyyətin hesabını ən ağır şəkildə verəcəklər. Buna görə də panika içindədirlər”.

Ermənistanın bu tipli bəyanatlar səsləndirməklə məğlubiyyətlərinə don geydirmək istədiklərini bildirən eksoert PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan əsgəri müharibəni öz çiyinlərində aparır və tezliklə də tam qələbə xəbərini alacağıq:

Azərbaycan əcəb edib Dağlıq Qarabağa hücum əməliyyatında hava nəzarətini Türk Hava Qüvvələrinə təhvil verib. Ermənistan işğalçıdır və torpaqlarımızı işğal edib. İndi də Qarabağla bağlı görə biləcəyi bir iş olmadığına görə yalandan informasiyalar yayırlar.

Azərbaycan dəfələrlə deyib ki, heç bir türk əsgəri Qarabağ döyüşlərində iştirak etmir. Qardaş Türkiyə ordusunun mütəxəssisləri 1990-cı illərdən Azərbaycan ordusu ilə birlikdə olublar.

Ermənistan gündə bir bəhanə uydurmaqdansa, ortada olan nəticədən danışsınlar. Bir neçə gün öncə bildirdilər ki, Türkiyənin F16 qırıcısı ilə onların təyyarəsi vurulub. Amma ortaya heç bir fakt qoya bilmədilər. Buna baxmayaraq həyasızcasına ən yüksək səviyyədə bu yalanlarını təkrarlamaqda davam edirlər.

Üzeyir Cəfərli: “Paşinyan hakimiyyəti məğlubiyyətlərini gizlətmək, həm də bu məğlubiyyətə don geyindirmək üçün nə isə axtarırlar, hər cür yola baş vururlar”.

Ermənistanda Türkiyəni Qarabağ müharibəsinə bulaşdırmaq istəyirlər. Türkiyə Azərbaycanın apardığı ədalətli müharibədə bizə açıq dəstək versə də, nə Qarabağda, nə də Qarabağdan kənarda Türkiyə ordusunun mənsubları iştirak etmi Ermənistan başını itirib. Azərbaycan əsgəri müharibəni öz çiyinlərində aparır və tezliklə də tam qələbə xəbərini alacağıq.

Müharibə gedir və Paşinyan hakimiyyəti məğlubiyyətlərini gizlətmək, həm də bu məğlubiyyətə don geyindirmək üçün nə isə axtarırlar, hər cür yola baş vururlar. Çünki Paşinyan hakimiyyəti yaxşı bilir ki, bu məğlubiyyətin hesabını ən ağır şəkildə verəcəklər. Buna görə də panika içindədirlər. Biz onlara fikir verməməliyik. Yolumuz qələbə yoludur və o yolda irəliləməliyik.

Müharibəni Azərbaycan əsgərləri yüksək səviyyədə aparırlar. Azərbaycan əsgəri öz üzərinə düşəni layiqincə edir və qələbəmiz yaxındadır. Sadəcə bir neçə strateji yüksəkliyi almağımız qısa zaman məsələsidir. Bundan  sonra ordumuz bütün Dağlıq Qarabağa nəzarəti ələ keçirəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar