Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti arasında telefon danışığı olub

Oktyabrın 1-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron arasında telefon danışığı olub.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, telefon söhbətində Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Prezidentinə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən cəbhə xəttində törədilən hərbi təxribatlar barədə məlumat verib. Milli Məclisin Sədri Ermənistanın son 30 ildir davam edən işğal siyasətinin regionda sülhə və sabitliyə təhlükə olduğunu vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təxribat törətməklə aşkar şəkildə beynəlxalq birliyin çağırışlarına məhəl qoymadığını nümayiş etdirir. Milli Məclis Sədri deyib ki, işğalçı ölkə mülki vətəndaşları da hədəfə alaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barronla telefon danışığında beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı siyasətini sərt şəkildə qınamağa çağırıb.

Qeyd edək ki, Parlamentlərarası İttifaq dünyanın 179 ölkəsinin parlamentini özündə birləşdirən ən böyük beynəlxalq parlament təşkilatıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar