Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan müharibəsinin “İpək Yolu” ilə hansı əlaqəsi var?..

ABŞ Rusiyanın narahatlığından istifadə edərək Moskvanı da bu oyunun içinə çəkdi. Nəticədə isə təbii olaraq, Azərbaycan və Ermənistan üz-üzə gəldi...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 29 sentyabr 2020-ci il

Öncədən qeyd etdiyim kimi, Rusiya ilə Türkiyə arasında bir gərginlik baş verməli idi. Bunu da ən çox Amerika Birləşmiş Ştatları arzulayır.

Rusiya isə Suriyada olduğu kimi başqa yerlərdə də Türkiyənin qarşısına çıxa bilər. Beləliklə, iki ölkə arasındakı münasibətlər gözlənilməz şəkildə gərginləşə bilər.

Beynəlxalq siyasətdəki şahmat belə olur. Rəqib olaraq görülən ölkənin enerjisini əldə etmək üçün bəzən heç yada düşməyən bir alət irəli sürülə bilər.

Azərbaycan-Ermənistan problemi birdən-birə niyə yenidən zirvəyə qalxdı? Ermənilər niyə hücuma keçdilər? Niyə Azərbaycan və Türkiyə qardaşlıq məsələsini vurğulayaraq dərhal cavab verdi? Bəs görəsən, bu münaqişələr hara qədər gedəcək?

Medianın göstərdiyinə əsasən, bir çox insan iki ölkə arasında müharibə ehtimalına qarşı hərbi qüvvələri önə çıxarıb. Lakin biz bilməliyik ki, bu problem artıq iki ölkədən də kənara çıxıb. Başqa sözlə, mövcud müharibə Azərbaycanla Ermənistan arasında gedirmiş kimi görünsə də, reallıq çox fərqlidir.

Əslində isə bu, dünyada davam edən bölüşdürülmə müharibəsinin mərkəzidir və təbii olaraq mövzu yenə də Türkiyədir.

İyul ayından xatırladığımız kimi, yenə də toqquşmalar baş vermiş, azərbaycanlılar meydanlara tökülmüşdülər. Gərginlik çox yüksəlmişdi. İndi isə burada diqqət yetirilməli olan ilk məqam münaqişələrin harada baş verməsidir. İyul hadisələri ilə indi baş verən hadisələr arasında heç bir fərq yoxdur. Xaricdən gələn bir əl eyni nöqtəni qarışdırır. Bütün gərginlik və münaqişə nədənsə eyni ərazidə - Tovuzda baş verir.

Bu isə o deməkdir ki, düyünün həll ediləcəyi yer də buradır. Ümumiyyətlə, bu cür qarşıdurmaların əsas səbəbi hər zaman “İpək Yolu” olur. Çünki biz məsələlərə sırf Azərbaycan-Ermənistan münaqişəsi kimi yanaşsaq, heç nə başa düşə bilmərik

Türkiyənin Mərkəzi Asiya və “İpək Yolu” ilə ortalıq edərkən Ermənistanı hər vəziyyətdə kənarlaşdırdığı aydın görünür. Məsələn, 2017-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars Dəmir Yolu xəttinin açılış mərasimi Bakıdan təxminən 90 kilometr məsafədəki Ələt limanında keçirilmişdi. Mərasimdə Türkiyə prezidenti Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan baş naziri Bakıtcan Saqintayev, Özbəkistan baş naziri Abdulla Aripov və Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də iştirak etmişdilər. Həmçinin, Türkmənistan və Tacikistan rəsmiləri də orada idilər. Açılış nitqində Ərdoğan deyirdi:

“Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini tamamlamaqla, xalqa bir çox xidmət təqdim etdik. Marmaray sürətli qatar xətlərinin inşası, mövcud qatar xətlərinin yenilənməsi, İstanbulda inşa etdiyimiz və üzərində dəmir yolu keçidi olan üçüncü körpü buna nümunədir. Bu investisiyalarımız Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin səmərəliliyini və cəlbediciliyini daha da artırır”.

Türkiyənin liderlik etdiyi layihə, əslində “Dəmir İpək Yolu” üçün atılmış önəmli bir addım idi. Türkiyə bu qədər böhrandan sonra önə keçmək üçün istiqamətini Şərqə doğru çevirib. Gələcəyini orada qurmaq üçün lazımi ittifaqları axtarırdı. Buna səbəb də Qərblə bitməyən böhranlar idi.

Əlbəttə ki, “Dəmir İpək Yolu” və Ermənistanın kənarda qalması çox vacib idi. Eyni mövqe başqa bir məsələdə də göstərilirdi ki, bu da TANAP layihəsi idi. “Trans Anadolu” təbii qaz kəməri Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyan bir layihə oldu. Beləliklə, Şahdəniz qazı Avropa'ya göndərilməli idi.

TANAP Türkiyədə 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir və IPSALA-ya çatır. TANAP-ın davamı olan TAP layihəsi ilə Xəzər dənizindən çıxarılan təbii qaz Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya nəql olunur.
TANAP-ın ortaqlıq quruluşuna baxdıqda üç əsas oyunçunu görmək olar: SOCAR, BOTAŞ və BP.

Yəni “İpək Yolu” üzərində Türkiyə ilə yanaşı, Azərbaycan və İngiltərə də var. Çin isə onsuz da layihənin əsas nümayəndəsi və 65 ölkəni əhatə edən, 3 milyard insana təsir edən bir həmlənin əsas oyunçusudur.

Bəs Azərbaycanla Ermənistan arasındakı bu gərginliyin “İpək Yolu” ilə nə əlaqəsi var?

Belə ki, Tovuz bölgəsi həm “Dəmir İpək Yolu”nun keçdiyi, həm də TANAP-la yanaşı, Şahdəniz qazının Ermənistanı kənarlaşdıraraq Gürcüstana və oradan da Türkiyə vasitəsilə Avropada getdiyi bir ərazidir. Vəziyyəti başa düşmək üçün məsələyə geniş baxmaq daha faydalı olacaq.

ABŞ Rusiyanın narahatlığından istifadə edərək Moskvanı da bu oyunun içinə çəkdi. Nəticədə isə təbii olaraq, AzərbaycanErmənistan üz-üzə gəldi. Lakin əsl müharibə ABŞ-İngiltərə və ABŞ-Çin arasında gedir. Üstəlik, TAP layihəsi Balkanlara qədər uzandığı üçün bu bölgələrin tezliklə qarışması ehtimalı da olduqca yüksəkdir.

Türkiyə də xüsusilə, ABŞ-la əlaqələrini zəiflətdikdən sonra böyük təzyiqlərlə qarşılaşdı. Buna dollarla birlikdə, Şərqi Aralıq dənizində və Suriyada da şahid olduq. ABŞ-ın “İncirlik” bazasını Yunanıstana daşıması da artıq açıq şəkildə etiraf edilir.

Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə, müdafiə naziri David Tonoyan isə Rusiyaya meyl edir. ABŞ-ın Pekinə qədər uzatdığı müharibənin mərkəzlərindən biri də Azərbaycan oldu. Bu müharibə dünən başlayıb və sabah da asanlıqla bitməyəcək.

Pompeo dünən “Türkiyə ilə Yunanıstan arasında toqquşmaların qarşısını almaq” məqsədilə Afinaya gedib. Balkanlar, Aralıq dənizi, Suriya, YPG/PKK, İraq, İran, Azərbaycan, Ermənistan kimi quruluşlar ABŞ-la İngiltərənin mübarizə zonalarındır. Vaşinqton bu qədər böhrana baxmayaraq, Türkiyənin öz istədiyi istiqamətdə getməsinə qarşı çıxır. Belə çıxır ki, Türkiyə bir çox cəbhədən mübarizə aparır və müharibələr bir-birindən fərqlənsə də, hamısının məqsədi eyni yola gedib çıxır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar