Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Prezident Aparatının rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşırıq”

İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub. İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı deyib. 

O bildirib ki, İran İslam Respublikasının xarici siyasətində Azərbaycanın önəmli və özünəməxsus yeri var: “Biz həmişə hər bir fürsətdən iki ölkə arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək üçün istifadə edirik”.

 
AzərbaycanErmənistan arasında baş vermiş münaqişə ilə bağlı narahatlığını ifadə edən İran Prezident Aparatının rəhbəri qeyd edib ki, son hadisələri ciddi şəkildə və diqqətlə izləyirlər: “İki ölkə arasında ixtilafların beynəlxalq qanunlar çərçivəsində sülh müzakirələri ilə həlli üçün hər növ yardım etməyə hazırıq”. 

M. Vaezi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İrandan Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları da təkzib edib. O vurğulayıb ki, yayılan məlumatlar əsassızdır. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və Azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır: “Heç şübhəsiz Tehran və Bakı arasındakı strateji, yaxşı və hərtərəfli əlaqələrə bu kimi şayiələrin yayılması təsir etməyəcək və iki ölkənin əlaqələrini korlamaq istəyənlərin hərəkətləri heç bir nəticə verməyəcək”.

Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev bildirib ki, İran İslam Respublikası Azərbaycana dost ölkədir.

Ş. Mustafayev qeyd edib ki, hər iki ölkənin yüksək rəsmiləri Tehranla Bakı arasında dərin əlaqələrin inkişafı üçün çox zəhmət çəkiblər və hazırda bu əlaqələr çox yaxşı səviyyədədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar