Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin Azərbaycanda olması Rusiya və Ermənistana meydan oxumaqdır”.

Nəzakət Məmmədova: “İndiki vəziyyətdə ən real çıxış yolu - Azərbaycanın Türkiyə ilə ittifaq quraraq torpaqlarını hərbi yolla azad etməsidir”.

“Biz artıq neçə illərdir ki, işğal edilmiş ərazilərin geri qaytarılmasının Rusiya tərəfindən yubadıldığını görürük. Çünki bu məsələ hər zaman gündəmdədir. Təbii ki, Rusiyanın 5 rayonu Azərbayacana qaytarması ilə bağlı etdiyi təklif yaxşı təklfidir. Amma sual yaranır: Rusiya bunun qarşılığında bizdən nə istəyir?”

Bunu AYNA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Onun fikrincə, Rusiya torpaqlarımızın geri qaytarılmasının qarşılığında bizdən sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsini, əslində isə sülhməramlılar adı altında Rusiyanın Azərbaycanda hərbi bazasının yaradılması, hərbi qüvvələrini yerləşdirməsi, Azərbaycanın Qərbə inteqrasiyadan tamamilə imtina edərək Rusiyanın yaratdığı hərbi-siyasi bloklara daxil olmasını istəyir: “Təbii ki, bu, çox təhlükəli bir tendensiyadır. Çünki biz işğal edilmiş torpaqlarımızın bir hissəsinin qaytarılması müqabilində Azərbaycanın dövlət kimi suverenliyinin faktiki olaraq sona çatması və başqa bir dövlətin təsiri altına düşməsinin şahidi ola bilərik. Bundan sonra Azərbaycan hərbi-siyasi cəhətdən tamamilə Rusiyanın nəzarətinə keçə bilər”.

Politoloq bu ssenarinin daha ciddi təhlükələrə rəvac verəcəyini istisna etmir: “Yəni, həm Azərbaycanın müstəqilliyinin de-fakto sona çatması, Qərbə - demokratik dünyaya addım atmağın qarşısının alınması, həm də Putinin açıq şəkildə SSRİ-nin yenidən bərpa edilməsi planı ilə bağlı dediklərinin başlanğıcı ola bilər. Çünki Azərbaycan MDB ölkələri içində ən böyük potensiala sahib olan ölkələrdən biridir. Azərbaycanın da Rusiyanın nəzarətinə keçməsi, bilavasitə Cənubi Qafqazın Rusiyanın nəzarətinə keçməsi deməkdir. Ona görə də biz iki pisdən birini seçmək, yəni çətin seçim qarşısında qalmış oluruq: ya müstəqilliyimizi qurban verib torpaqlarımızı azad etmək, ya da torpaqlarımızın işğal altında qalmasına dözüb Rusiyanın təklifini rədd etmək”.

“Lakin bundan da çıxış yolları var. Ən real çıxış yolu isə Azərbaycanın Türkiyə ilə ittifaq quraraq torpaqlarını hərb yolu ilə azad etməsidir. Türkiyənin Azərbaycana Rusiya kimi şərtlər qoyacağı inandırıcı deyil. Türkiyənin buradakı maraqları daha çox Azərbaycanın maraqları ilə üst-üstə düşür. Eyni zamanda, Türkiyənin Avropanın enerji nəhənginə çevrilməsi planlarında Azərbaycan fəal iştirak edə bilər. Yəni, Türkiyə ilə Azərbaycanın maraqları hərbi, siyasi, iqtisadi və digər sahələrdə üst-üstə düşür deyə, Türkiyə Azərbaycanın vahid müstəqilliyində maraqlıdır və torpaqlarımızın azad olunmasında Türkiyənin böyük rola ola bilər”, - siyasi şərhçi vurğulayıb.

Məmmədova hesab edir ki, Türkiyə və Rusiyanın Yaxın Şərqdə razılaşması nəticəsində, Türkiyə Cənubi Qafazda Rusiyaya müəyyən güzəştlər edə bilər: “Amma razılaşma olmasa, Türkiyə Rusiyaya qarşı təzyiqlərini artıracaq. Onsuz da Türkiyənin Azərbaycanda olması RusiyaErmənistana meydan oxumaqdır. Təbii ki, RusiyaErmənistan da bu mesajı alıb. Son söz, hər halda Azərbaycanın olacaq”.

Politoloq yekun olaraq əlavə edib ki, post-sovet məkanında baş verən proseslər Azərbaycanın da Qərbə inteqrasiya etməsini labüd edir: “Amma bu yolu nə qədər uğurla gedə biləcəyik, bunu düşünmək lazımdır. Məsələn, Ukrayna və Gürcüstan buna cəhd eləsə də, uğurla davam edə bilmədilər. Bunun da daxili və xarici səbəblər var ki, burada təkcə Rusiya amilini ittiham etmək olmaz. Korrupsiya, qeyri-demokratik mühit, vətəndaşların dövlətə inamsızlığı, xarici təsirlər həmin dövlətlərin bu yolu qət edə bilməmələrinə səbəb yaradır. Elə Ermənistanda da Paşinyan hakimiyyətə gələndə məqsədlərdən biri bu idi ki, Ermənistanı Rusiyanın təsirindən çıxarıb Qərbə yönləndirsinlər. Amma gördük ki, bu, mümkün olan proses deyil. Yəni cəhd yaxşı olsa da, reallıqda böyük problemlər yaranır. Həmçinin, Azərbaycanda da bu, çətindir. Çünki ölkədə müxtəlif dövlətlərin kəşfiyyat qurumları fəaliyyət göstərir, müəyyən sosial probelmlər var. Yəni, xalqı indiki vəziyyətdə demokratiyaya inandırıb Qərbə aparmaq risklidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar