Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rus hərbi analitik:“İndiyə qədər bütün üstünlüklərAzərbaycanın tərəfindədir”

Mixail Xodoryonok
“Qazeta” (Rusiya), 28.09.2020

Silahlı qüvvələrin sülh şəraitindən müharibə dövrünə keçidi ölkənin iqtisadi kompleksinin köçürülməsi ilə əlaqəli şəkildə və silahlı qüvvələrin döyüş hazırlığına gətirilməsi qoşunların səfərbərliyi ilə həyata keçirilir.

Silahlı qüvvələrin səfərbərliyi, bildiyiniz kimi, qoşunların (qüvvələrin) müharibə dövrünə uyğun təşkilati və ştat heyətinə keçidi, şəxsi heyətin vaxtında artırılması (səfərbər edilməsi), əlavə silah təchizatı, hərbi texnika ilə təminat və sülh dövründə yığılmış ehtiyatlardan və ya ölkənin bütün növ resurslarının iqtisadi kompleksindən gələn maddi ehtiyatlar hesabına doldurulması, yeni birləşmələr və vahidlərin meydana gəlməsi, həmçinin yerləşdirilən qoşunların (qüvvələrin) sürətli koordinasiyasını ehtiva edir.

Həm Ermənistan, həm də Azərbaycan nəzəri olaraq çox sayda vətəndaşı hərbi xidmətə çağırmaq imkanındadır. Hipotetik olaraq Bakı 3.8 milyon nəfəri, İrəvan isə 1.4 milyon nəfəri silahlandıra ala bilər. Ancaq silahlı qarşıdurma olduğu təqdirdə, hər hansı bir ölkənin hərbi-siyasi rəhbərliyi iki əsas suala birmənalı cavab verməlidir.

Birincisi, sülh vaxtı döyüşə hazır qruplarla qısa müddətdə müharibəni zəfərlə başa vurmaq mümkündürmü?

İkincisi, səfərbərlik zamanı hərbi xidmətə çağırılan vətəndaşları tələb olunan miqdarda müasir silahlar və hərbi texnika, habelə müharibədə lazım olan hər hansı digər maddi resurslarla təmin etmək mümkündürmü?

İndiyə qədər belə bir təəssürat yaranıb ki, Azərbaycan Dağlıq Qarabağ problemini davamlı sülh vaxtının hazırlıqlı birləşmələri ilə həll etmək və səfərbərlik tədbirlərini isə arxa cəbhənin maddi-texniki təminat məsələlərinə yönəltmək niyyətindədir, yəni səfərbər olunan vətəndaşlar, əsasən, döyüşən ordunun maddi-texniki vasitələrlə təminatı ilə məşğul olacaqlar. Xüsusilə, yanacaq, qida və sursat tədarükü, həmçinin silahların təmiri ilə.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev mətbuat konfransında bildirib: “Qismən səfərbərlik planına uyğun olaraq, hərbi xidmətin birinci mərhələsi Azərbaycan ordusuna, ilk növbədə, 35 yaşadək əsgərlər, dənizçilər, çavuşlar, 50 yaşınadək və daha yuxarı yaşlı hərbi rütbəli zabitlər cəlb ediləcəklər”.

Eyni zamanda, Bakıda aydın şəkildə dərk edirlər ki, müasir sülh dövrünün daimi hazırlıqlı briqada və batalyonlarını az hazırlıqlı şəxslərlə “daşdırmaq” döyüş səmərəliliyinin artırılması, bölüklərin və birləşmələrin tapşırıqları operativ təyinatlara uyğun olaraq həll etmə hazırlığının artırılması baxımından heç bir şey verməyəcək.

Bu baxımdan Azərbaycanın hərbi-siyasi rəhbərliyinin türk məsləhətçi və könüllülərə dayaqlandığını istisna etmək olmaz.

Artıq döyüş əməliyyatları gedən ərazilərə könüllülərin gəlməyə başladığı və Türkiyə Silahlı Qüvvələrinin təlimatçı və müəllim heyətinin çoxdan Azərbaycan ordusunda kök saldığı barədə məlumatlar var.

Ermənistanın və silahlı qüvvələrinin müharibə dövrünə keçidinə gəlincə, ErmənistanAzərbaycan qoşunlarının Dağlıq Qarabağdakı təmas xəttində vəziyyətin kəskinləşməsi şəraitində, Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib. Baş nazir Nikol Paşinyan erməniləri vətəni qorumağa çağırıb.

Şübhə yoxdur ki, İrəvanda da xidmətə çağırılan kadrların hazırlıq səviyyəsi, Ermənistan üçün qan tökməyə qeyd-şərtsiz mənəvi hazırlıqlarına baxmayaraq, cavablardan daha çox sual doğurduğunun fərqindədirlər. Ən əsası, ehtiyatda olanlar üçün kifayət qədər müasir silah yoxdur. Müharibə aparmaq üçün uyğun avadanlıq saxlayacaq silah və texnika bazası da. Həmçinin, praktik olaraq ehtiyatdan çıxarılası silah və texnika.

Bu vəziyyətdə çağırışçı kontingentindən hərbi əməliyyatların başlaması zamanı itkiləri doldurmaq üçün zabit korpusunun ehtiyat hissələri və ehtiyat birləşmələri yaratmaq mümkündür.

Ermənistanın, nə də Azərbaycanın uzunmüddətli hərbi əməliyyatlar (sursat, qida, yanacaq, geyim forması, tibbi avadanlıq və s.) aparmaq üçün kifayət qədər maliyyə mənbəyi yaratmadığını düşünməyə əsas var.

Əlbəttə, hər iki ölkədə silah və hərbi texnika istehsalı ilə məşğul olan müəssisələr mövcuddur.

Ancaq nə Azərbaycanda, nə də xüsusən, Ermənistanda döyüşən ordunun mövcud bütün problemlərini həll etməyə qadir olan tammənalı müdafiə sənayesi kompleksi yoxdur.

Yeri gəlmişkən, uzunmüddətli müharibə yüz minlərlə və hətta milyonlarla ton müxtəlif maddi-texniki vasitələrin xərclənməsini tələb edəcək.

Bu baxımdan Azərbaycan ortaq sərhədi olan Türkiyənin köməyinə etibar edə bilər. Ermənistanın harada və nə dərəcədə oxşar yardımı ala biləcəyi açıq sualdır.

İndiyə qədər, qarşıdurmanın başlamasında etibarən bütün üstünlüklər Azərbaycanın tərəfindədir: düşmənə qarşı dərhal hər cür kömək etməyə hazır olan bacarıqlı müttəfiqlər, silahlı qüvvələrin kəmiyyət və keyfiyyət üstünlüyü, dünya birliyinin mövqeyi (əslində, Bakı işğal olunmuş əraziləri geri qaytarmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək arzusunu bəyan edir).

Ermənistandakı vəziyyət indiki mərhələdə daha mürəkkəbdir. KTMT-nin köməyinə arxalanmağa dəyməz, ortaya çıxan problemlərin sülh yolu ilə həlli üçün edilən müraciətlərdən və “hərbi həll məsələsinin həlli yoxdur” ifadələrindən başqa, Moskvanın mövqeyi hələ açıq şəkildə bildirilməyib. İndiyə qədər yalnız vətəndaşların vətəni qorumağa qeyd-şərtsiz mənəvi hazırlığı İrəvan tərəfindədir.

Tərəflərin münaqişənin əvvəlində topladıqları nisbətən kiçik eyni sursat ehtiyatları atəşkəsdə rol oynaya bilər. Döyüşən tərəflər sursatlarını xərclədikdə, atəşkəs, hipotetik olaraq, öz-özünə yarana bilər.

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın döyüşlər başlayandan atəşkəs üçün zəng edib yalvardığı ölkələr

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - Rəsmi açıqlama

Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Cəhənnəmə xoş gəldin, Artsrun Ovannisyan! -  Video

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı - Davtyan bölgəyə göndərildi

loading...

Ən çox oxunanalar