Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyalı deputat Azərbaycanın cəbhədə həyata keçirdiyi əməliyyatlara dəstək verib

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Hesab edirəm ki, bu sənədlər kifayət qədər yetərlidir ki, məsələ öz həllini tapsın. Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) Xristian-Demokratlar Birliyi Partiyasından olan deputatı Tobias Zeç (Tobias Josef Zech) bildirib.

O deyib ki, ərazi bütövlüyünün təmin olunması digər dövlətlər kimi Azərbaycanın da öz vətəndaşları qarşısında əsas öhdəliklərindən biridir: “Bölgədə problemin həllinin silahlı münaqişəyə çevrilməsi bizi ciddi narahat edir. İnsanlar, xüsusilə mülki vətəndaşların həlak olması çox ağırıdıcıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik edirlər və biz də bu missiyanı dəstəkləyərik. Biz tərəfləri sülhə, ATƏT-in Minsk qrupunu isə real nəticələrin əldə olunmasına çağırırıq”, - o vurğulayıb.

T. Zeç bildirib ki, Almaniya "Dağlıq Qarabağ hökuməti" adlı bir qurumu heç bir halda tanımayıb və tanımır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar