Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: “Onları elə yollardaca məhv etmək daha sərfəlidir”

PİA.az sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun müüsahibəsini təqdim edir:

- Tofiq bəy, artıq iki gündür ki, düşmənə qarşı uğurlu hərbi əməliyyatlar davam edir. İki günlük bu əməliyyatların gedişatı ilə bağlı nə deyə bilərsiniz?

-Burada həm hərbi, həm də siyasi nüanslar var. Hərbi baxımdan görünən odur ki, Azərbaycan özünün artilleriya, raket, aviasiya və dron üstünlüklərindən istifadə edir. Düşmənin canlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir. Bu taktika Türkiyənin Suriyada terrorçulara qarşı tətbiq etdiyi taktikanı yada salır.

İtkilər düşməni ehtiyatdakı qüvvələri ön xəttə cəlb etməyə vadar edir ki, onları elə yollardaca məhv etmək bizim üçün daha sərfəlidir. Bu, bizi onları bir-bir hansısa meşə və dağda tapıb zərərsizləşdirmək məcburiyyətindən azad edir. Bu, olduqca uğurlu taktikadır.

Siyasi elementlərə nəzər salsaq görərik ki, ermənilər hərbi əməliyaytların elə ilk günündən müxtəlif dövlətlərin paytaxtına zəng edərək onlardan kömək diləməyə başladı. Belə bir kömək isə zənnimcə yoxdur və olmayacaq da.

-Tofiq bəy, bəzi dövlətlər AzərbaycanErmənistanı hərbi əməliyyatları dayandırmağa, danışıqları prosesini bərpa etməyə çağırır. Sizcə uzun illər səmərəsiz danışıqlardan səbri tükənən Azərbaycan üçün belə bir çağırış nə dərəcədə cəlbedicidir?

-Danışıqların bərpa olunması ilə bağlı təkliflər var. Lakin düşünürəm ki, Azərbaycanın bu müraciətlərə cavabı artıq verilib. Cənab prezident mətbuat nümayəndələri ilə görüşündə bildirdi ki, biz danışıqlar prosesinə o zaman qoşula bilərik ki, bizə təqdim olunan sənəd təqvim şəklində təqdim edilsin və orada göstərilsin ki, işğalçı qüvvələr hansı bölgədən hansı tarixdə çıxacaq. Indiki şəraitdə Azərbaycanın cavabı bu bəyanatda mövcuddur. Minsk qrupu tərəfləri danışıqlara səsləyir. Bizsə deyirik ki, gedin belə bir sənəd hazırlayın, ermənilərin razılığını alın, biz də bu sənədə qoşulaq.

Işğaldakı torpaqlarımız qeyd-şərtsiz azad edilməlidir. Bizim tələbimiz bundan ibarətdir. Təəssüflər olsun ki, bizim şərhçilər bunu şərh etməyib. Lakin indiki məqamda bu, bizim mövqeyimizi əks etdirə biləcək bir yanaşmadır.

- Bir qədər əvvəl qeyd etdiniz ki, Ermənistanın müraciətlərinə rəğmən ona kömək edən olmayacaq. Sizcə Paşinyanın köməklə bağlı yalvarışlarının nəticəsiz qalmasına səbəb nədir və ya nə ola bilər?

- Hesab edirəm ki, Paşinyan kömək üçün müraciət edəndə ona bu torpaqların Azərbaycanın torpağı olduğu xatırladılıb. Çox güman, Paşinyana bildirilib ki, bu torpaqlar Azərbaycanın olduğu üçün burada Ermənistan üçün bir təhlükə yoxdur. Odur ki, ola bilsin ki, Paşinyan bir daha təxribata əl atsın, dövlət sərhəddində hansısa təxribat törətməyə cəhd etsin. Xüsusilə "Türkiyə təhlükəsini" qabartmaq üçün bunu Naxçıvan bölgəsində də həyata keçirə bilər. Yaxud iki ay bundan öncə olduğu kimi, Tovuz istiqamətində hansısa təxribata əl ata bilər. Belə bir təxribat, zənnimcə gözləniləndir. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar