Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramaldanov: "Əgər başlamışıqsa bunu sona çatdırmalıyıq"

Cəbhə xəttində dünənlə bu gün arasında ciddi fərq yoxdur. Biz də prosesləri izləyirik. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərlərə istinad etmək vacibdir. Mən hesab edirəm ki, hərbi əməliyyatlar davam etməlidir. Başqa variantımız yoxdur. Əgər başlamışıqsa bunu sona çatdırmalıyıq.

Bu fikirləri ehtiyatda olan polkovnik Şair Ramaldanov cəbhə xəttində Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarını şərh edərkən deyib.

Polkovnik bildirib ki, Azərbaycan ordusu cəbhədə düşmən xəttini yarıb: “Təmas xətti var. Sözsüz ki, düşmənin birinci eşalonunda olan taborlar dərinliyinə qədər Azərbaycan ordusunun bölmələri irəliləyib. Ən çox qüvvə də bu ərazidə yerləşir”.

Azərbaycan ordusunun hərbi əməliyyat taktikası və daha çox hansı əraziləri düşməndən azad etmək istəyi haqqında danışan mütəxəssis deyib ki, Azərbaycan ordusu cəbhə boyu əks-hücumu keçib: “Bu formada da möhkəmləyə və irəliləməyə çalışır. Bundan sonra ordumuzun hansı istiqamətə üstünklük verəcəyini orada yaranan vəziyyət ortaya qoyacaq”.

Ermənistanın ordusunun hərbi imkanlarına diqqət çəkən Ramaldanov xatırladıb ki, Azərbaycan ordu birləşmələri irəliləməyə nail olub: “Əgər ordumuz irəliləyə bilibsə, deməli, düşmən buna tab gətirməyərək geri çəkilib. Bu, göstəricidir”.

Erməni ordusunun mümkün addımlarına gəldikdə Şair Ramaldanov bildirib ki, Ermənistan səfərbərlik elan edib: “Onlar hərbi vəziyyət elan ediblər, digər tərəfdən muzdlu döyüçülər gətiriblər, orada PKK terrorçuları da var. Çalışacaqlar ki, ordumuzun irəliləməsini dayandırsınlar. İkinci addımları isə beynəlxalq qurumlara müraciət etməklə bizə təzyiq göstərməyə çalışacaqlar ki, hərbi əməliyyatları dayandıraq.

Əlavə edim ki, erməni tərəfi itkiləri haqqında tam şəffaf açıqlama vermir. Qondarma rejim özünün, Ermənistan Müdafiə Nazirliyi isə öz itkiləri haqqında məlumat verirlər. Əslində düşmənin itkilərinə dair bu iki siyahını birləşdirmək lazımdır. Düşünürəm ki, erməni tərəfi hər zaman itkilərini gizlətməyə və azaltmağa çalışıb. Bu, aydındır. Çünki böyük itkilər orduda ruh yüksəkliyinə psixoloji təsir göstərir. Amma Azərbaycan ordusunun istifadə etdiyi silah-sursat itkilərin onların rəsmən elan etdiyindən qat-qat çox olmasına dəlalət edir”.

Polkovnik deyib ki, cəbhədə yaranan son durum, erməni tərəfinin atdığı addımlar əslində Ermənistanda yetişən siyasi böhranla bağlıdır: “Onlar diqqəti daxili problemlərdən və siyasi vəziyyətdən yayındırmaq üçün cəbhə bölgəsində vəziyyəti bilərəkdən gərginləşdiriblər. Mənə elə gəlir ki, cəbhədə baş verənlər Ermənistanda böhranla başa çatacaq.

Hazırda Azərbaycan torpaqlarını azad etməklə məşğuldur. Qonşularımız daxil olmaqla dünya ölkələri baş verənləri müşahidə edir. ABŞ da artıq sözünü deyib. Əsas odur ki, ABŞ, Rusiya və digər ölkələrin maraq dairəsi Qarabağdan keçməsin. Biz addımı başlamışıq və sona qədər getməliyik. Yaxud proseslər elə getməlidir ki, müəyyən mərhələdən sonra Ermənistan tərəfi Azərbaycan ordusunun təzyiqi altında mövqelərini dəyişərək Azərbaycan torpaqlarından işğalçı ordusunu çıxarsın. Problemin həlli ola bilsin ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul edilə bilər. Yalnız belə halda Azərbaycan döyüşləri saxlaya bilər”.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar