Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kəndi işğaldan azad olunmuş şair: “Böyük Mərcanlının adını eşidəndə...”

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə dogma kəndinin işğaldan azad edilməsi ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. İsmayıl müəllim yurd yerinə gedib səcdə qılacağını bildirib:

“Təkcə Böyük Mərcanlı ilə bu işlər bitmir. Cəbrayıl, Qubadlı, Zəngilan, eləcə də, Şuşamız, Laçınımız, Kəlbəcərimiz var. Bir kəlbəcərli dostum deyir ki, Kəlbəcər işğaldan azad olunanda gedib o torpaqlarda dizin-dizin sürünəcək. İndi mən də o düşüncədəyəm. Gedib o torpaqlarda səcdə qılacam, dua edəcəm. Mən orada adicə ev tikmişdim. Harda mismar, harda ağac, əkdiyim gül-çiçək vardısa, hamısının yerini bilirdim. Təbii ki, o evlərdən heç nə qalmayıb. Hər şeyi uçurub dağıdıblar. Çox şükürlər olsun ki, Allah bizi vüsalsız qoymadı. Allaha dualar edirdim” .

İsmayıl İmanzadə vətənsiz həmişə özünü qərib hiss etdiyini deyib:

“Vətənin hər yeri vətəndir. Vətən içində belə bir qəriblik olur. Açığı, vətən içində özümü qərib hiss edirdim. İnsan dünyasını dəyişənə yaxın arzu edir ki, əzizlərinin uyuduğu qəbiristanlıqda dəfn olunsun. Təbii ki, əzizlərimizin hamısı orada dəfn olunub. Erməni nə qədər goreşən kimi oraları eşsə də, torpaq bizimdir. Hər birimiz dədə-babamızın qəbrini bilirik. Yenə də qəddimiz dikələcək. Yenə də Böyük Mərcanlı böyüklüyünü qoruyub saxlayacaq.

2018-ci ildə 18 nəfərlə Cocuq Mərcanlıya getdim. Cocuq Mərcanlı həm də kəndimin adını daşıyan bir parçadır. Düzdü, kənd çox gözəl formada yenidən salınıb. Nə qədər kövrəlməməyə çalışsam da, alınmadı. Kəndimizə 7 km yol vardı. Təsəvvür edin ki, mən nə vəziyyətdə idim. Doğulduğum, böyüdüyüm torpağa ayaq basa bilmirdim”.

Böyük Mərcanlıdan olan şair dünənki xəbərin sevincindən də söz açıb:

“Dünən elə bildim mənə bir dünya bağışladılar. Ordumuz, Ali Baş Komandanımız var olsun.  Həmçinin dünən internet şəbəkəsinin məhdudlaşacağı məlum oldu. Buna da haqq verirəm. Belə də olmalıdır. Çünki içimizdə erməni xislətlilər var. Bəzi ermənilər bizim dilimizi bizdən də yaxşı bilir. Başa düşürəm ki, müharibə gedən ölkədə saxta məlumatların yayılmaması önəmlidir. Bu, aydın məsələdir. Öncə mənə zəng edib gözaydınlığı verən  şair İnqilab İsak oldu. Ardınca Şəkidən, Moskvadan və digər yerlərdən zənglər gəldi. Çox sevincliyəm. Tanrı sona qədər hamımıza sevinc yaşatsın”.

İsmayıl  İmanzadə bundan sonrakı şeirlərində qələbə sevincini mütləq əks elətdirəcəyini qeyd edib:

“Həmişə mənə deyirdilər ki,  niyə sənin şeirlərin ağrı-acılıdır?! Əgər mənim torpaqlarım işğal olunubsa, necə güldən-bülbüldən şeirlər yazım?! Arada köçkün şairlərin gül-bülbül haqqında şeirlər yazdığını görəndə “ayıbdı” deyirdim. Gül-bülbül məsələsi klassik ədəbiyyatımızda qaldı. Bu gün isə yurdumuzdan, ordumuzdan yazmalıyıq. Bu, təbiidir. Məlumatlar dəqiqləşsin, mətbuatda yeni şeirlərimi paylaşacam”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı - Belə savaş olmayıb

loading...

Ən çox oxunanalar