Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir” 

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra İtaliya mətbuatına açıqlamasında Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələrə hücumların Cenevrə konvensiyalarını pozduğunu deyib.

İtalyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

İtalyan senator, habelə AzərbaycanErmənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın “İl Tempo”, “Agenzia Nova”, “Politicamente Corretto”, “Adnkronos”, “Fortune İtalia”, “Maxim İtalia”, “Notize Yahoo”, “Libero Quotidiano”, “TW News” kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, Liqa partiyasından olan deputat Rossana Boldi son saatlarda AzərbaycanErmənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib.

İtalyan deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcəkdir.

pia az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar