Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli istiqamətində döyüşlər davam edir- Foto

Xəbər verdiyimiz kimi, səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanılıb.

Bir neçə saat əvvəl verilən rəsmi məlumata görə Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə postlar dağıdılaraq, yüksəkliklər geri alınıb.

"Yeni Müsavat" Media Qrupunun Füzuli rayonuna ezam olunan reportyorları xəbər verir ki, hazırda rayona giriş tam nəzarət altındadır.

Polis əməkdaşları Füzuli rayon qeydiyyatı olmayan heç bir şəxsi rayona buraxmır. Rayon girişində ətraf qəsəbələrdən, rayonlardan, kəndlərdən axın var. İnsanlar dəstək üçün cəbhə bölgələrinə axın edir.

Hazırda Füzuli istiqamətində güclü atışma gedir. Azərbaycan ordusu düşmən mövqelərini intensiv atəşə tutur.

Rayon ərazisində yol kənarlarında minlərlə insan toplaşıb. Onlar əllərində bayraqlarla orduya, əsgərə dəstəklərini göstərirlər.

FüzuliBeyləqan rayonları ərazisində hazırda böyük insan qrupları var və onlar cəbhə istiqamətindən gələnlərdən müjdəli xəbərlər gözləyirlərr. Polis əməkdaşları rayonun bütün ərazilərində nəzarəti həyata keçirir.

pia.az 


Etiket: Füzuli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar