Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hamilə olanda işlədim, maaşımı yenə kəsdilər” - Süpürgəçi qadın - Video

Binəqədi rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) işçiləri bir neçə aydır ki, sözün əsl mənasında zülm çəkirlər. Onların həm maaşları kəsilir, həm iş saatından artıq işlədilirlər. Bunlar azmış kimi etiraz edən, narazılıq bildirən işçilərə də hədə-qorxu gəlinir.

Problemləri ilə bağlı danışan bir qrup işçi bildirib ki, rəhbərlik dəyişəndən sonra vəziyyətləri daha da pisləşib.

Sözlərinə görə, gün ərzində 14 saat işləyirlər, amma bunun qarşılığında haqları olan əmək haqqını ala bilmirlər.

Narazı işçilər qeyd edib ki, hər gün həyatları risk altındadır. Avtomobil yollarını süpürən zaman onların bir neçə iş yoldaşını avtomobil vurub. Xəsarət alan şəxslərə isə rəhbərlik tərəfindən heç bir köməklik göstərilməyib.

Hər bir bəhanə ilə əmək haqları kəsilən qadınlar qeyd edib ki, iş yoldaşlarının çoxu problemlərini dilə gətirməkdən qorxurlar.(Musavat.com)

piaaz




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar