Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə cəbhədəki vəziyyəti müzakirə edib  

Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

XİN-dən  verilən məlumata görə, tərəflər AzərbaycanAvropa İttifaqı arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Bu münasibətlərin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulanıb.

C.Bayramov yalnız Azərbaycan deyil, eləcə də bölgənin təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ağır nəticələri barədə qarşı tərəfə məlumat verib. Bölgədə müşahidə olunan gərginlikdən danışan nazir Ermənistan tərəfinin son zamanlar həyata keçirdiyi silsilə təxribat xarakterli əməlləri, o cümlədən cari ilin 12-16 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əvvəlcədən planlaşdırılan hücum cəhdi, 23 avqust tarixində Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribatı, Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi və digər təhrikçi fəaliyyəti haqqında qarşı tərəfə ətraflı məlumat verib. Ermənistan rəhbərliyinin bu kimi fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həlli prosesinə zərbə vurduğu qeyd olunub. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.

T.Klaar münaqişənin sülh yolu ilə həlli üçün hər hansı qeyd şərt irəli sürülmədən substantiv danışıqların aparılmasının vacibliyini qeyd edib. O, həmçinin Aİ-nin bundan öncə olduğu kimi tərəflər arasında etimadın qurulması tədbirlərinin həyata keçirməyə hazır olduğunu vurğulayıb.

C.Bayramov etimad quruculuq tədbirləri üçün müvafiq məqamın yetişməsinin önəmli olduğunu vurğulayaraq ilk öncə Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılmasının zəruri olduğunu söyləyib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar