Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftəsonu “cib yandıran” taksi qiymətləri - Süni artım yoxsa...

Son zamanlar taksi xidmətlərində müəyyən bahalaşmanın olduğu müşahidə edilir. Bu problem daha çox özünü həftəsonları göstərir. Belə ki, həmin günlər müştərilər həftəiçi təklif olunan qiymətdən iki dəfə daha yüksək məbləğ ödəməli olurlar.

Maraqlıdır, bu bahalaşmanın səbəbi süni artımdır, yoxsa həftəsonları taksi xidmətinə tələbin çox olması?

Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, həftəsonları taksi xidmətlərində baş verən qiymət artımı daha çox tələbin təklifi üstələməsi ilə bağlıdır:

“Çünki həftəsonları ictimai nəqliyyat işləmir. Belə olan halda taksilərə olan tələbat artır. Taksi şirkətləri müxtəlif operatorlar vasitəsilə sifariş qəbul edən bir tərəf olaraq həmin operatorların qiymət aqreqator sistemindən istifadə edirlər. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, nə qədər çox sifariş gəlirsə, bir o qədər də qiymət artımı olur. Orada artan əmsal göstəricisi var və qiymətlər bundan asılı olaraq dəyişir. Təbii ki, operatorlar maraqlıdırlar ki, sifarişlər üzrə taksiləri təyinat ünvanına göndərsinlər, amma qısa məsafədə hər hansı bir şəxs taksi sifariş edirsə, bu sifarişi hər taksi götürmür, çünki ödəniləcək məbləğ az olur. Nəticədə bir növ taksi qıtlığı əmələ gəlir”.

Mütəxəssis operatorlardan kənar olan taksi sifarişlərindən də söz açıb:

“Məsələn, hansısa dayanacaqda dayanan taksilər var, onlar qiyməti nisbətən daha baha deyirlər. Həmçinin həftəsonu taksiyə olan tələbatdan məlumatlı olduqları üçün həmin vaxt qiymətdə müəyyən artım edirlər. Hazırda həftəsonu ictimai nəqliyyatın işləmədiyi bir şəraitdən söhbət gedir. Belə olanda qiymət artımının məntiqi izahı mümkün olur. Bir də həftəiçi olan qiymət artımı var ki, bu özünü daha çox pik saatlarda göstərir. Məsələn, saat 6-7 radələrində qiymət daha baha olur”.

Mövcud şəraitlə əlaqədar tələbin çox olmasına baxmayaraq, həmsöhbətimiz qeyd edib ki, qiymət artımının süni şəklildə baş verməsini də istisna etmir:

“Məsələn, Bakı şəhərinin hansısa ərazisi ilə bağlı sifarişlər daha çox gəlir və taksi şirkətləri maraqlı olurlar ki, məhz həmin ərazidə olan sifarişləri qəbul etsinlər. Həmçinin sifariş çox olmayan əraziyə operator taksi təyin etsə də, ola bilər ki, həmin taksi bu sifarişə dərhal cavab verməsin. Taksi də yola, qiymətə, bunun sərfəli olub-olmamasına baxır. Nəticədə qiymət artımı olur. Qiymət artımında obyektiv və subyektiv səbəblər, həmçinin vəziyyətdən yaralanmaq istəyən sürücülər var. Normalda bir qiymətə getdiyi yolda bəzən əlavə pul istəyənlər olur, səbəb olaraq da tıxacda qalmalarını göstərirlər. Bu sahədə bir nizamsızlıq var və mən hesab edirəm ki, ciddi təkmilləşdirmə işləri həyata keçirilməlidir. Rəqabətin keyfiyyət üzərində qurulmasına çalışmaq lazımdır. Bu gün rəqabət pul üzərindədir. Hansı şirkət daha az pul təyin edirsə, sərnişin onu seçir. Amma keyfiyyətin nə dərəcədə olduğu məlum deyil. Biz bilirik ki, çox aşağı qiymətə taksi xidməti təklif edən sürücünün hətta nəqliyyat vasitəsi belə xidmətin göstərilməsi üçün yararlı deyil. Taksi xidmətinin keyfiyyətinin artırılması üçün çox ciddi işlər həyata keçirilməlidir. Bununla bağlı qanunvericilik var. Nəzarət isə qismən zəifdir, çünki bazar iqtisadiyyatı şəraitində kimisə avtomobilini yeniləməyə məcbur etmək olmur. Amma bu, bir prosesdir, müəyyən təkmilləşdirmə işləri olmalıdır. BNA tərəfindən yeni konsepsiyalar hazırlanır”.

pia.az


Etiket: taksi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar